...

Albaniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən konfrans keçirilib

Siyasət Materials 24 May 2018 12:31 (UTC +04:00)
Albaniyanın paytaxtındakı Tirana Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən konfrans keçirilib.
Albaniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən konfrans keçirilib

Bakı. Trend:

Albaniyanın paytaxtındakı Tirana Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, konfransda universitetin tələbə və müəllim heyəti, Albaniya dövlət qurumlarının və Tiranadakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğu siyasətindən, müasir Azərbaycan dövlətinin inkişafı, görülən işlər və dünyaya nümunə olan multikulturalizm ənənələrindən danışılıb. Həmçinin XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan və alban xalqlarının keçdiyi dövlətçilik yolunun bənzərliyinə də toxunulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti