...

Azərbaycanda məşğulluq sahəsində böyük portal yaradılacaq

Siyasət Materials 3 İyul 2018 10:29 (UTC +04:00)
Bu ilin sonuna qədər məşğulluq sahəsində bütün məsələləri əhatə edən kompleks portalının yaradılması nəzərdə tutulur.
Azərbaycanda məşğulluq sahəsində böyük portal yaradılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin sonuna qədər məşğulluq sahəsində bütün məsələləri əhatə edən kompleks portalın yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, bu portala vakant yerlərlə yanaşı, işsiz kimi qeydiyyatdan keçən şəxslər barədə məlumatlar daxil ediləcək.

S.Babayev qeyd edib ki, belə portalın yaradılması əhalinin məşğulluğunun əlçatanlılığını genişləndirəcək: "İnsanlar portal vasitəsilə də vakant yerlər haqqında məlumat alacaq və vakansiyalar üçün müraciət edə biləcəklər. İnsanlar həm də alternativ olaraq, məşğulluq xidməti orqanlarına müraciət edərək göndərişlər əldə edə biləcəklər. Belə bir portalın yaradılması şəffaflığın təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda, fiziki məhdudiyyətləri olan şəxslərin məşğulluq xidməti mərkəzlərinə gəlməsi üçün olan ehtiyac aradan qalxacaq, işsizlə işəgötürən arasında birbaşa körpü yaranacaq. Düşünürük ki, gələn il ərzində portal tam istifadəyə veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti