...

Mehmet Akarca: Türkiyə prezident idarə üsuluna keçməklə daha da güclənəcək

Siyasət Materials 14 İyul 2018 14:04 (UTC +04:00)
Türkiyə prezident idarə üsuluna keçməklə daha da güclənəcək.
Mehmet Akarca: Türkiyə prezident idarə üsuluna keçməklə daha da güclənəcək

İstanbul. Rufiz Hafizoğlu - Trend:

Türkiyə prezident idarə üsuluna keçməklə daha da güclənəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Mehmet Akarca Türkiyədə 15 iyul - dövlət çevrilişinə cəhd hadisələrinin ikinci ildönümünə həsr edilən beynəlxalq konfransda deyib.

O bildirib ki, prezident idarə formasına keçid ölkə üçün son dərəcə zəruri idi:

"Əvvəllər Türkiyədə idarəetmə ilə bağlı problemlər var idi, bu da ölkəyə mənfi təsir edirdi. Prezident idarəçilik sisteminə keçidlə Türkiyə daha da güclənəcək".

M.Akarca qeyd edib ki, Türkiyə xalqı demokratik dəyərlərə sadiqdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti