...

Latviya ilə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirilib

Siyasət Materials 26 Sentyabr 2018 18:27 (UTC +04:00)
Latviya ilə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişib.
Latviya ilə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirilib

Bakı. Trend:

Prezident İlham Əliyev "Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyul tarixli 417 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Latviya tərəfinə bildiriş göndərmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti