...

Xarici işlər naziri Elmar Məmmədyarov irlandiyalı həmkarı ilə görüşüb

Siyasət Materials 16 Oktyabr 2018 00:46 (UTC +04:00)

Bakı. Trend:

Şərq Tərəfdaşlığı ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İrlandiyanın xarici işlər və ticarət naziri Simon Koveney ilə görüşüb.

Trend-ə XİN-dən verilən məlumata səasən, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari səviyyəsini müzakirə ediblər və əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayıblar.

Tərəflər həmçinin beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti