...

Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ilə görüşüb

Siyasət Materials 25 Oktyabr 2018 12:33 (UTC +04:00)
Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ilə görüşüb.
Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ilə görüşüb

Bakı. Trend:

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ilə görüşüb.

Görüşdə VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulandı, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edildi.

Prezident İlham Əliyev Anatoli Torkunovun Forumda iştirakından məmnunluğunu bildirdi.

Rektor Anatoli Torkunov Forumun dünyada humanitar əlaqələrin inkişafına töhfəsini vurğulayaraq ölkəmizə xoş duyğularla gəldiyini və bu mötəbər tədbirdə iştirak etdiyini dedi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti