Elmar Məmmədyarov: Münaqişənin həllinin Ermənistana gətirəcəyi inkişaf barədə konkret ismarıclar son vaxtlar beynəlxalq ictimaiyyət tərəfindən tez-tez səslənir (MÜSAHİBƏ)

Elmar Məmmədyarov: Münaqişənin həllinin Ermənistana gətirəcəyi inkişaf barədə konkret ismarıclar son vaxtlar beynəlxalq ictimaiyyət tərəfindən tez-tez səslənir (MÜSAHİBƏ)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Trend İnformasiya Agentliyinə müsahibəsi

- Elmar müəllim, bu günlərdə Bakıda Fələstinin Asiya ölkələrindəki səfirlərinin konfransı keçirildi. Tədbirdə iştirak edən Fələstinin xarici işlər naziri Riad Maliki çıxışında Azərbaycanın Fələstin dövlətinə göstərdiyi davamlı dəstəyi xüsusilə vurğulayıb. Azərbaycanın Fələstin məsələsində mövqeyini sizdən eşitmək istərdik.

- Fələstin tərəfinin müraciətini müsbət dəyərləndirən Azərbaycan qeyd etdiyiniz konfransa ev sahibliyi etmək qərarını aldı və bu ilin 5 noyabr tarixində Bakıda Fələstinin 27 Asiya ölkəsindəki səfirlərini bir araya toplayan konfrans keçirildi. Onu da vurğulamaq istərdim ki, ölkəmizdə bu günədək BMT təsisatları, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların iştirakı və təşkilatçılığı ilə Fələstinlə bağlı bir çox beynəlxalq tədbirlər keçirilmişdir. Bu, ilk növbədə, Azərbaycanın Fələstin xalqının sülh, sabitlik və davamlı inkişaf uğrunda azadlıq mübarizəsinə verdiyi davamlı dəstəyidir. Azərbaycan hər zaman Fələstin xalqının yanında olmuşdur, çətin günlərdə dəstəyini əsirgəməmişdir. Bu il ölkəmiz tərəfindən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə 200 min ABŞ dolları yardımın ayrılması qərara alınmışdır. Fələstin məsələsi ilə bağlı dəfələrlə və ən yüksək səviyyədə qeyd olunduğu kimi, Azərbaycan Fələstin məsələsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

- İslam aləmində yüksək nüfuz qazanmış, eyni zamanda Qərb ölkələri ilə də səmərəli əməkdaşlıq münasibətləri quran Azərbaycanın çoxşaxəli xarici siyasətinin uğurlarının əsasını nə təşkil edir?

- Öncə qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan xarici siyasətimizin əsasını dövlətimizin milli maraqları təşkil edir. Mürəkkəb geostrateji bölgədə yerləşən ölkəmizin müstəqil, praqmatik, tarazlı və çevik xarici siyasət kursu, qeyd etdiyiniz kimi, həm İslam dünyası, həm də Qərb ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına imkan yaradır. Bir azərbaycanlı kimi siz özünüz də yaxşı bilirsiniz ki, Azərbaycan əsrlər boyu müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı bir ölkə olub və bu gün qeyd etdiyim ənənələr dövlətimizin bu istiqamətdə siyasətinin tərkib hissəsinə çevrilib. Azərbaycan öz milli və dini ənənələrinə sadiq bir ölkə olmaqla yanaşı, dünyaya və multikulturalizm ideyalarına açıqdır. Hətta multikulturalizm ölkəmizdə dövlət siyasətidir. Bütün dövlətlərlə dostluq və əməkdaşlıq münasibətlərinin qurulması, beləliklə də beynəlxalq sülh və təhlükəsizliyə töhfə verilməsi Azərbaycanın xarici siyasət prioritetlərindəndir. Bu gün ölkəmizin ərazilərini işğal altında saxlayan Ermənistanı çıxmaq şərtilə Azərbaycanın bütün dövlətlərlə əməkdaşlıq və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri mövcuddur.

- Cənab nazir, xarici siyasət prioritetləri demişkən, son müddət ərzində həyata keçirilən səfərlər, qəbul edilən bəyanatlar onu deməyə əsas verir ki, xarici siyasət fəaliyyətimizdə ənənəvi ikitərəfli əməkdaşlıq formatından daha irəli gedərək üçtərəfli əməkdaşlıq formatına yer ayrılır. Bunun üstün cəhətləri varmı və nədən ibarətdir?

- Artıq bir müddətdir ki, xarici əlaqələrimizdə üçtərəfli, hətta dördtərəfli əməkdaşlıq formatlarında görüşlər keçirilir və bu formatlar, qarşılıqlı maraq və məqsədləri bölüşən ölkələrin əməkdaşlığının daha da inkişaf etdirilməsi ilə yanaşı, bölgənin təhlükəsizliyinə verilən töhfədir. Bu yaxınlarda İstanbulda iki üçtərəfli görüş baş tutdu və görüşlər nəticəsində qəbul olunmuş İstanbul bəyannamələrinə göz yetirmək kifayətdir ki, bu əməkdaşlıq formatının əhəmiyyəti və iştirakçı ölkələr, habelə bölgənin gələcək inkişafı üçün faydaları barədə fikirlər irəli sürülsün. Burada söhbət ikitərəfli formatın üçtərəfli və daha çox format ilə əvəzlənməsindən getmir, hər bir əməkdaşlıq çərçivəsinin öz yeri və öz müstəsna əhəmiyyəti var. Nəzərə almaq lazımdır ki, hazırkı, olduqca mürəkkəb geosiyasi vəziyyətdə qarşılıqlı maraq, eləcə də narahatlıqları bölüşən dövlətlərin bir araya gələrək bölgədə sülh və təhlükəsizliyin təminatına yönəlik addımlar atması yalnız inkişaf və tərəqqiyə xidmət edir.

- Elmar müəllim, yeri gəlmişkən, son zamanlar sosial şəbəkələrdə sizin İstanbul şəhərində etdiyiniz çıxış ətrafında çox müzakirələr aparılır. Onu da deyim ki, sizi tənqid edən şəxslərlə yanaşı, sizi müdafiə edən çoxsaylı həmvətənlərimiz oldu. Məsələyə münasibətinizi öyrənə bilərikmi?

- Bilirsiniz, məni anlamaq istəyən nə dediyimi çox yaxşı başa düşür, anlamaq istəməyənlərə gəldikdə isə, babalı onların boynuna.

- Cənab nazir, qayıdaq çoxtərəfli əməkdaşlıq formatlarına və xarici münasibətlərimizin inkişafına. Ümumiyyətlə, son zamanlar artmaqda olan xarici səfərlər, ölkəmizə edilən səfərlər, aparılan strateji əhəmiyyətli dialoqlar fonunda xarici diplomatiyamızın fəallığı göz qabağındadır. Bununla bağlı sizin dəyərləndirməniz bizim üçün çox maraqlıdır.

- Azərbaycan Respublikasının Prezidentinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına dair Nazirlər Kabinetinin iclasında səsləndirdiyi nitqində qeyd etdiyi kimi, ölkəmizin 2018-ci ildə beynəlxalq mövqeləri daha da möhkəmlənib və bu gün Azərbaycana dünyada etibarlı tərəfdaş kimi baxırlar. Bu, əlbəttə ki, dövlət başçısının rəhbərliyi altında aparılan xarici siyasətimizin uğurudur. Bu xüsusda, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin ölkəmizdə toplantısının keçirilməsi - bilirsiniz ki, gələn ildən etibarən ölkəmiz bu təşkilata sədrlik edəcək və gələn il Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısı keçiriləcək - Avropa İttifaqı ilə ölkəmiz arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin imzalanması və tərəflər arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların davam etdirilməsi, ölkəmizin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində cari ilin dekabr ayında xarici işlər nazirlərinin toplantısının keçiriləcəyi və digər əlamətdar hadisələri qeyd etmək istərdim. Xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə beynəlxalq ictimaiyyətin artmaqda olan birmənalı dəstəyini vurğulamaq istərdim. Qəbul edilmiş sənəd və bəyanatlarda Azərbaycanın suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək münaqişənin həlli ilə bağlı onsuz da mövcud olan geniş hüquqi bazanın daha da möhkəmləndirilməsinə xidmət edir. Əlbəttə ki, bu ölkəmizin regionda və qlobal səviyyədə artmaqda olan mövqelərindən xəbər verir. Diplomatiyamızın fəallığına gəldikdə isə, hər zaman məqsədimiz dövlət başçısının birbaşa rəhbərliyi altında və milli maraqlarımız əsasında həyata keçirilən xarici siyasətimizin effektivliyi olmuşdur və bu istiqamətdə əldə olunan hər bir uğurlu nəticə, əlbəttə, hamımızı sevindirir.

- Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə yer ayırmaq istərdim. Həmsədrlərin bölgəyə səfəri baş tutdu, səfərdən dərhal sonra onlar açıqlama ilə çıxış etdilər. Öz növbəsində, Ermənistanın fəaliyyətdə olan baş naziri həmsədrlərlə görüşdən dərhal sonra Qarabağa səfər etdi. Bütün bu sadalananlar fonunda münaqişənin həlli prosesində hər hansı yenilik gözləmək olarmı? Ümumiyyətlə, Ermənistanın yeni siyasi rəhbərliyindən danışıqlar prosesində real və konkret nəticələr gözləmək olarmı?

- ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri çərçivəsində Azərbaycan dövlət başçısı ilə keçirilən görüş zamanı münaqişənin həlli prosesinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Münaqişənin həll olunmamasının bölgə üçün, xüsusilə də Ermənistanın özü üçün doğurduğu fəsadlar və əksinə, münaqişənin həllinin bu ölkəyə gətirəcəyi inkişaf barədə konkret ismarıclar son zamanlar beynəlxalq ictimaiyyət tərəfindən daha tez-tez səslənməkdədir. Fikrimcə, Ermənistanın hazırkı rəhbərliyinin məsələyə bu xüsusda yanaşması, konstruktiv və nəticəyə yönəlik danışıqlara geri dönməsi onların özlərinin bəyan etdikləri sülh şəraitinin yaradılması istiqamətində atılmış addım olardı. Anlayıram ki, Ermənistanın yeni rəhbərliyinə münaqişənin həlli prosesinin hərtərəfli öyrənilməsi üçün yəqin ki, zaman lazımdır. Lakin onilliklərdir ki, davam edən danışıqlar prosesinin növbəti illərdə əsassız şəkildə davam etdirilməməsi üçün Ermənistanın, nəhayət ki, qonşu Azərbaycanla beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək və hörmət əsasında münasibətlər qurmasının əhəmiyyətini dərk etməsi vacibdir.

"Twitter"in işində nasazlıq yaranıb
"Twitter"in işində nasazlıq yaranıb
Azərbaycanda qaz hasilatı artıb
Azərbaycanda qaz hasilatı artıb
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
Loading Bars
Xəbər lenti
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb (VİDEO)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib (FOTO)
Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Alban-Udi dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)
Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib (VİDEO)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Evdən antik samovar oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)
Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb
"AstraZeneca" kifayət qədər yüksək effektə malikdir - Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
Qazaxıstanda son sutkada koronavirusa 2 822 nəfər yoluxub
Azərbaycanda 3,6 bal gücündə zəlzələ olub
İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir - Bayden
Kolumbiyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
ÜST koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırırdı
Britaniyada koronavirusa daha 2 596 nəfər yoluxub
Yaponiya Yay Olimpiya oyunlarından imtina etmək niyyətində deyil - Baş nazir
Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq təmin edilməyib - ÜST-nin rəhbəri
Bayden ABŞ-ın qaçqın qəbulu üzrə limitini olduğu kimi saxlayıb
Raul Kastro vəzifəsindən istefa verib
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı
Türkiyədə son sutkada koronavirusdan 56 510 nəfər sağalıb
Rusiya bir sıra ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub
Dünyada ötən sutka koronavirusa 800 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycan reallıqlarını parlamentarilər səviyyəsində dünyaya çatdırmaq önəmli məsələdir - Arzu Nağıyev (VİDEO)
Gənc batutçularımızdan bu dəfə 1 dəst medal
BMT TŞ Liviyada monitorinq qrupunun yaradılması ilə bağlı qərar qəbul edib
Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib (FOTO)
Qazaxıstanda Su-30SM qırıcısı qəzaya uğrayıb
Gürcüstanda koronavirusa daha 1077 nəfər yoluxub, 8 nəfər ölüb
Azad olunmuş ərazilərdə yaşıllığı bərpa etmək üçün bu ilin əkin planı 2 dəfə artırılıb
Suqovuşanın elektrik enerjisi ilə təchizatı yekunlaşmaq üzrədir
Azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılmasında layihə tapşırığını bu qurum hazırlayacaq - QƏRAR
Azərbaycan təkcə işğalçı orduya deyil, ermənilərin dünyadakı havadarlarına da qalib gəlib - Əli Hüseynli (Videolayihə)
Aİ-nin Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı, etiraz bildirildi
10 noyabr bəyanatı regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir - Matviyenko
“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək (FOTO)
Aİ-nin dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrində 6 000 çay və göldə suyun keyfiyyəti yoxlanılıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 163 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib
KOBİA leqal sahibkarlığı və rəsmi məşğulluğu təşviq edən yeni biznes təşəbbüslərini dəstəkləyir
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
MDU və Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib (FOTO)
Ermənistanda siyasi qüvvələr Qarabağla bağlı sərsəm bəyanat səsləndirməklə xal qazanmaq istəyirlər - Politoloq
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 19 apreldə köçürüləcək
Media nümayəndələri reabilitasiya müəssisəsində qazilərimizə göstərilən xidmətlərlə tanış edilib (FOTO)
Bütün xəbərlər