...

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmiləri arasında protokol imzalanıb (FOTO)

Siyasət Materials 21 Noyabr 2018 12:44 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşünün nəticəsi olaraq protokol imzalanıb.
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmiləri arasında protokol imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın müdafiə naziri, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakıda keçirilən 3-cü üçtərəfli görüşü başa çatıb.

Trend-in məlumatına görə, müzakirələrin sonunda protokol imzalanıb.

Qeyd edək ki, noyabrın 21-də Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia arasında üçtərəfli görüş keçirilib.

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər.

Nümayəndə heyətləri hərbi əməkdaşlığın perspektivləri, üçtərəfli hərbi təlimlərin keçirilməsi və birgə fəaliyyətin bir sıra digər istiqamətlərini də nəzərdən keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti