Bakı. Trend:
ABŞ Senatı ölkənin Azərbaycandakı səfiri vəzifəsinə İrli Litsüenberqerin namizədliyini təsdiq edib.
Trend-in məlumatına görə, onun namizədliyi ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.
Qeyd edək ki, İ.Litsüenberqer bundan öncə Almaniyanın Marşall Fondunda böyük elmi əməkdaş, ABŞ-ın NATO-dakı missiyasının rəis müavini, NATO-nun Əfqanıstandakı böyük mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı və Qırğızıstandakı Səfirliklərində missiya rəhbərinin müavini vəzifələrində işləyib.