...

PA rəsmisi: Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətlərin sayı azalır

Siyasət Materials 17 Dekabr 2018 14:27 (UTC +04:00)
Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə edilən şikayətlərin sayında azalma müşahidə edilir.
PA rəsmisi: Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətlərin sayı azalır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə edilən şikayətlərin sayında azalma müşahidə edilir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov deyib.

O qeyd edib ki, Azərbaycan Avropa Məhkəməsində öz maraqlarını, mövqeyini lazımi qaydada müdafiə edir.

Ç.Əsgərov əlavə edib ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrasında hər şey qaydasındadır. Onun sözlərinə görə, bununla bağlı həm fərdi, həm də ümumi xarakterli tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti