...

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

Siyasət Materials 22 Mart 2019 10:00 (UTC +04:00)
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür.
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ekvadorun xarici işlər naziri Xose Samuel Valesia Amores iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov məktubda Azərbaycanla Ekvador arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə həmkarı X.Amoresi təbrik edib.

Məktubda Azərbaycanın xarici işlər naziri dostluq ruhuna əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın iki xalq arasındakı ikitərəfli və çoxtərəfli dialoqun gücləndirilməsinə imkan yaratdığını qeyd edib.

E.Məmmədyarov tənzimlənməsi BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri ilə bir daha təsbit olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli üzrə Ekvadorun dəyərli dəstəyini vurğulayıb.

Sonda nazir hər iki xalqın rifahı naminə mövcud çoxşaxəli əlaqələrin gələcəkdə daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib.

Ekvadorun xarici işlər naziri isə azərbaycanlı həmkarına ünvanladığı məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb.

Məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının xalqlarımızın inkişafına, ümumi birgə məqsədlərə nail olunmasına və iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyi qeyd edilib.

Daha sonra X.Amores Azərbaycan hökuməti və xalqına ən xoş arzularını çatdırıb.

Xatırladaq ki, Azərbaycanla Ekvador arasında diplomatik münasibətlər 22 mart 2004-cü ildə qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti