...

Azərbaycan Prezidenti: Ordumuz üçün nə lazımdırsa, onu edirik və edəcəyik

Siyasət Materials 2 Aprel 2019 14:15 (UTC +04:00)
Ordumuz üçün nə lazımdırsa, onu edirik və edəcəyik.
Azərbaycan Prezidenti: Ordumuz üçün nə lazımdırsa, onu edirik və edəcəyik

Bakı. Trend:

Ordumuz üçün nə lazımdırsa, onu edirik və edəcəyik.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşdə çıxış edərkən deyib.

İlham Əliyev vurğulayıb ki, bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir:

"Qeyd etdiyim kimi, sonuncu reytinqə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi göstərdi. Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik. Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilmişdir. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir".

Azərbaycan Prezidenti qeyd edib ki, bütün bunlar reallıqdır: "Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti