...

İsveçrə səfirinin diplomatik fəaliyyəti başa çatıb

Siyasət Materials 22 Aprel 2019 15:51 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə İsveçrənin Azərbaycandakı səfiri Filip Ştadleri qəbul edib.
İsveçrə səfirinin diplomatik fəaliyyəti başa çatıb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə İsveçrənin Azərbaycandakı səfiri Filip Ştadleri qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər.

Regionun mənzərəsini dəyişən Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən digər layihələr haqqında danışan nazir E.Məmmədyarov bir sıra İsveçrə şirkətləri ilə bu xüsusda uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.

İki ölkə arasında enerji sahəsində səmərəli işbirliyinin mövcudluğuna toxunan tərəflər tezliklə Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçiriləcəyini bildiriblər.

Görüş zamanı həmçinin səfir ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səyləri yüksək qiymətləndirilib.

Səfir diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd etdi və bu xüsusda öz təşəkkürünü ifadə edib.

E.Məmmədyarov F.Ştadlerə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti