Ekspert: Azərbaycanın iqtisadi potensialları və infrastruktur imkanları olmadan "Bir kəmər, bir yol" layihəsinin böyük uğurlarından danışmaq çətindir

Ekspert: Azərbaycanın iqtisadi potensialları və infrastruktur imkanları olmadan "Bir kəmər, bir yol" layihəsinin böyük uğurlarından danışmaq çətindir

Bakı. Samir Əli - Trend:

Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda Azərbaycanın fəal və yüksək səviyyədə təmsil olunması ümumdünya iqtisadi inteqrasiya proseslərində ölkəmizin səmərəli iştirakını təsdiqləyən tarixi əhəmiyyətli hadisədir. Bunu Trend-ə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, qədim İpək Yolu boyunca geniş Avrasiya iqtisadi əməkdaşlıq arenasının yaradılması Azərbaycanın neçə illərdir ki reallaşmasına çalışdığı böyük layihələrdən biridir: "Hələ 2015-ci ildə Prezident İlham Əliyev Pekində "Bir kəmər, bir yol" layihəsində iştirakla bağlı saziş imzalayana qədər Azərbaycan qədim İpək Yolunun yenidən və daha geniş miqyasda işə salınması üçün çox işlər görmüşdü. Prezident İlham Əliyevin səyləri ilə yaradılmış müxtəlif nəqliyyat dəhlizləri, logistika infrastrukturları, neft-qaz kəmərləri qədim İpək Yolunun, eləcə də Çin daxil olmaqla 150-dən çox ölkənin həyata keçirmək istədiyi "Bir kəmər, bir yol" iqtisadi layihəsinin çox mühüm elementləri və tərkib hissələridir. Pekində ikinci beynəlxalq forumda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və yüksək səviyyədə çıxışı növbəti dəfə sübut etdi ki, böyük Avrasiya iqtisadi inteqrasiya layihələrinin həyata keçirilməsi üçün ölkəmizin apardığı siyasət həqiqətən də uzaqgörən platformadır".

Ekspert vurğulayıb ki, Azərbaycanın bugünkü iqtisadi, ticarət potensialları və geniş inteqrasiya, infrastruktur imkanları olmadan "Bir kəmər, bir yol" layihəsinin böyük uğurlarından danışmaq çətindir: "Prezident İlham Əliyevin forumdakı çıxışı Azərbaycanın imkan və potensiallarının Avrasiya iqtisadi inteqrasiya layihələrinin həyata keçirilməsində nə qədər təsirli gücə malik olduğunu göstərmək baxımından çox əhəmiyyətlidir. Dövlətimizin başçısı ölkəmizin iqtisadi inkişaf uğurlarının tam mənzərəsini təsvir etməklə iqtisadi kəmərin üstündə Azərbaycanın bəzi başqa ölkələr kimi yük yox, hərəkətverici qüvvə olduğuna diqqətləri bir daha cəlb etdi. Azərbaycanın şaxələndirilmiş iqtisadiyyata, dinamik artan böyük valyuta ehtiyatlarına, insan kapitalına böyük investisiya qoymaq imkanına və daimi islahatlar aparmaq gücünə malik olması sözügedən geniş əməkdaşlıq layihəsinin gücünə güc qatan mühüm faktorlardır. Prezident çıxışında bu məsələlərin hər biri haqqında geniş və rəy yaradıcı məlumatlar verdi. Bütün bunların Azərbaycan üçün təkcə daxili inkişaf göstəriciləri olduğunu düşünmək yanlışlıq olardı. Məsələnin mahiyyəti daha dərindir və Azərbaycanın daxili inkişaf göstəriciləri Avrasiya iqtisadi inteqrasiya planlarının həyata keçirilməsində böyük təsir gücünə malikdir".

A.Quliyev əlavə edib ki, Prezident İlham Əliyevin Avropa ilə Asiya arasında körpülərin, habelə tranzit-logistika infrastrukturlarının qurulmasına investisiyaların yatırılması barədə dedikləri də forumda maraqla qarşılandı və bu, Avrasiya iqtisadi məkanının inkişafında Azərbaycanın mühüm təsirə malik olduğunu göstərən faktlardandır: "Postneft inkişaf modelinin yaradılmasında Azərbaycanın təcrübəsinin bu yolu tətbiq etməkdə olan bir sıra Asiya ölkələri üçün əhəmiyyətli olmasına şübhə yoxdur. Prezident Pekin forumunda Azərbaycanın iqtisadi inkişafını, Böyük İpək Yolunun bərpası istiqamətində indiyə qədər gördüyü işləri, eyni zamanda, Avrasiya iqtisadi inteqrasiyasına töhfələrini tam şəkildə təqdim edə bildi. Təkcə bu faktı deyək ki, bir sıra çox güclü Çin şirkətlərinin Azərbaycanla yeni sazişlər imzalaması Prezident İlham Əliyevin təqdimatına uyğun reaksiyaların ifadəsi sayıla bilər. Fikrimcə, Pekin forumundan sonra Çin şirkətləri ilə bərabər, digər Cənub-Şərqi Asiya ölkələrinin şirkətlərinin də Azərbaycanla əməkdaşlığa marağı xeyli artacaq".

Baş redaktor qeyd edib ki, Azərbaycan Prezidentinin Pekin forumunda çıxışının unikal təsir effektlərindən xəbər verən başqa bir nüans da var: "Prezident İlham Əliyevin forumda "Bir kəmər, bir yol"un təkcə nəqliyyat imkanlarını birləşdirən layihə olmadığı barədə fikirləri bu yolun daha geniş geosiyasi, geostrateji təsirlər doğura biləcəyinə diqqət çəkir. Azərbaycan Prezidenti "Bir kəmər, bir yol" layihəsinin yeni beynəlxalq ikitərəfli və çoxtərəfli münasibətlər doğuracağına işarə etməsi hələ uzun müddət təhlil ediləcək, nəticələr çıxarılacaq və tətbiq olunacaq. Pekin forumu Azərbaycanın Avrasiya iqtisadi əməkdaşlıq və bunun təsiri altında siyasi təhlükəsizlik modelləri üçün nə qədər əhəmiyyətli ölkə olduğunu ilk dəfə geniş şəkildə nümayiş etdirdi. Bir daha təsdiqlənir ki, Azərbaycan iqtisadiyyatı təhlükəsiz və sabit inkişaf edən vahid Avrasiya məkanının yaradılmasında
həlledici rol oynayır və oynayacaq".

Atəşkəs 22 dəfə pozuldu
Atəşkəs 22 dəfə pozuldu
Atəşkəs 24 dəfə pozuldu
Atəşkəs 24 dəfə pozuldu
Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub
Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub
Loading Bars
Xəbər lenti
Yeni Zelandiya sahillərində güclü zəlzələ olub
Ermənistan 1 milyon əhaliyə düşən koronavirusa yeni yoluxma hallarının sayına görə dünyada 6-cı yerdə qərarlaşıb
Bakıda "Hyundai" yanıb
İtaliyada koronavirusdan sağalanların sayı 140 mini ötüb
Rumıniyada zəlzələ baş verib
Tramp: Putin mənim yenidən prezident seçilməyimi istəmir
ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi
Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 101 mindən çox artıb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
İranda zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb
Türkiyədə koronavirusdan sağalanların sayı 120 minə yaxınlaşır
"Şalke" doğma meydanda "Auqsburq"a məğlub oldu
Yaponiyada yeni yoluxma hallarının sayı artıb
Sabirabadda traktor qoşqusu yanıb
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmən Prezident İlham Əliyevi təbrik edib
Leyla Abdullayeva: Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 24.05.2020 tarixli bölüm
Bərdədə "Volkswagen" yanıb
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Ramazan Bayramı münasibətilə aztəminatlı ailələrə sovqat çatdırdı (FOTO)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib
Əşrəf Qani: Taliblərin həbsxanalardan azad edilməsi bərpa olunub
Honq Konq polisi 120-ə yaxın etiraz aksiyası iştirakçısını saxlayıb
Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı
Bəhruz Quliyev: Artıq Azərbaycan yeni texnologiyaların mərkəzinə çevrilib
Ermənistanda daha 359 nəfər koronavirusa yoluxdu
Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
İranda koronavirusdan sağalanların sayı 105 mini keçib
Kamran Bayramov: Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir
Sabah şimşək çaxacaq, yağış yağacaq
İranın cənub-qərbində zəlzələ olub
Moskvada koronavirusa yoluxma halları rekord səviyyədə aşağı düşüb
Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib
Hikmət Babaoğlu: Yeni texnologiyaların istənilən sahəyə tətbiqi həmin sahənin inkişafı, istismarı və idarəsini optimallaşdırır
"İnter" futbol klubu Kavniyə 2023-cü ilə qədər müqavilə təklif edəcək
TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb (VİDEO)
Xəzərdə dalğanın hündürlüyü 6,6 metrə çatıb - FAKTİKİ HAVA
Meksika sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Azər Badamov: Dünyanın aparıcı şirkətlərinin Azərbaycanla əməkdaşlığa can atması əlverişli biznes mühitinin yaradılmasının nəticəsidir
Videokonfransda təhsil və medianın aktual movzuları müzakirə edilib (VİDEO)
Çində sutka ərzində üç yeni koronavirusa yoluxma faktı aşkar edilib
Atəşkəs 22 dəfə pozuldu
Yazgül Abdiyeva: Koronavirus haqqında yanlış məlumatlar yayan insanlarla bağlı lazımi qaydada ölçü götürülməlidir
Aventura şəhərində Respublika Günü elan olundu
BMT baş katibi Əfqanıstandakı barışığı alqışlayır
Atlantik okeanda 5.9 bal gücündə zəlzələ qeydə alınıb
"Napoli" dörd oyunçunun transferindən 200 milyon avro qazanmaq istəyir
Kanadada koronavirusa yoluxanların sayı 83,6 mini keçib
ABŞ-ın Hərbi Dəniz Qüvvələri lazer silahını sınaqdan keçiriblər (VİDEO)
Braziliyada sutka ərzində koronavirusdan minə yaxın ölüm qeydə alınıb
Krit sahillərində 5.3 bal gücündə zəlzələ baş verib
Romada Rafaelin ölümünün 500 illiyinə həsr olunmuş sərgi iyunda keçiriləcək
Qani silahlı strukturlara atəşkəsə riayət etməyi tapşırıb
Dünyanın ən varlı 25 adamının cəmi sərvəti iki ay ərzində 255 milyard dollar artıb
Moskvada son sutka ərzində koronavirusa 3 190 yoluxma halı qeydə alınıb
İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib (FOTO)
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bakı sakinindən marixuana götürülüb
“Global message” adlı virtual sərgi keçirilib (FOTO)
Evlərdən 55 min manatlıq oğurluq edən şəxs saxlanılıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 110 minə yaxın artıb
Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək
Sevil Mikayılova: Prezident İlham Əliyevin ağıllı sistemlərin tətbiqində irəliyə apardığı işlər ölkənin inkişafında keyfiyyətcə yeni mərhələ olacaq
Şimal-qərb küləyi daha da güclənib - FAKTİKİ HAVA
Türkiyədə son sutkada koronavirusdan daha 1 491 nəfər sağaldı
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
“Bank müqavilələrinin müşayiəti” mövzusunda işgüzar görüş keçirilib (FOTO)
Aqrar sahədə innovasiyalar sahəsində Azərbaycan-Rusiya əməkdaşlığına dair iclas keçirilib
Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başa çatıb (FOTO/VİDEO)
Nazirlər Kabineti istehsalçıların toxum təminatı ilə dəstəklənməsi məqsədilə 5 milyon manat ayırdı
AZAL: Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb
Xəzərdə dalğanın hündürlüyü 3,2 metrə çatıb - FAKTİKİ HAVA
Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub
Bakıda güclü külək ağacı qıraraq avtomobillərin üzərinə salıb
İspaniyada futbol çempionatı bərpa edilir
Azərbaycanda pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb - RƏSMİ
ASRP rəhbərliyi İmişli sakinlərinin Ramazan bayramını təbrik etdi (FOTO)
Rəşad Mahmudov: Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir
"Ramazan - Vəhdət və Mərhəmət Bayramı" adlı onlayn konfrans keçirilib
“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq
Binəqədi rayonunda Ramazan bayramı ərəfəsində sosial aksiya keçirildi (FOTO)
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib (FOTO)
İstixanada narkotik yetişdirən Balakən sakini saxlanılıb (VİDEO)
Azərbaycanda güclü şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA
Azərbaycanda daha 127 nəfər koronavirusa yoluxdu, 107 nəfər sağaldı, 3 nəfər vəfat etdi
Portuqaliya çempionatının bərpa olunacağı tarix açıqlanıdı
"Dərs vaxtı" verilişinin mayın 25-nə olan cədvəli müəyyənləşib
İqtisadiyyat Nazirliyi bir sıra sahibkarlıq subyektlərinə müraciət edib
Dövlət başçısına yazırlar: Bu çətin günlərdə xalq-Prezident həmrəyliyi Sizin güclü lider olduğunuzun göstəricisidir
Koronavirusdan ölüm riskini azaldan preparat tapılıb
Gürcüstanda fövqəladə vəziyyətin ləğvi atəşfəşanlıqla qeyd olundu
“Azərsun Holdinq” aztəminatlı ailələrə Ramazan sovqatı hədiyyə etdi
Peşə dərslərinin mayın 25-nə olan cədvəli açıqlanıb
Vatikanda muzeylər açılır
Şəmkirdə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Bayramı toplu halda qeyd etsək, ziyarətlər təşkil etsək, yoluxmalar daha da artacaq - Millət vəkilindən çağırış
Azərbaycanda pandemiyadan sonra turizmin bərpası mərhələli şəkildə həyata keçiriləcək
İranda daha 1 869 nəfər koronavirusa yoluxdu
Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib (FOTO)
Bütün xəbərlər