...

Lina Vaytkyaviçene: Sıx əməkdaşlıq və ortaq strateji layihələrin inkişafı Azərbaycanın Aİ-nin regionda əsas tərəfdaşı olduğunu göstərir (VİDEO)

Siyasət Materials 20 May 2019 10:51 (UTC +04:00)
Azərbaycanın Avropa İttifaqı ilə həm "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində, həm də ikitərəfli formatda olan sıx əməkdaşlığı xüsusi vurğulanmalıdır.
Lina Vaytkyaviçene: Sıx əməkdaşlıq və ortaq strateji layihələrin inkişafı Azərbaycanın Aİ-nin regionda əsas tərəfdaşı olduğunu göstərir (VİDEO)

Bakı. Trend:

Azərbaycanın Avropa İttifaqı ilə həm "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində, həm də ikitərəfli formatda olan sıx əməkdaşlığı xüsusi vurğulanmalıdır.

TREND İnformasiya Agentliyinin baş direktor müavini Lina Vaytkyaviçene "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində bildirib ki, Avropa İttifaqı və Azərbaycan arasındakı tərəfdaşlıq strateji xarakter daşıyır:

"Siyasi dialoq, yüksək səviyyəli görüşlər və birgə layihələr bunun göstəriciləridir. Avropa İttifaqı və Azərbaycan arasında yeni müqavilə üzrə danışıqlar çox vacib bir mərhələyə qədəm qoyub. Hər iki tərəf münasibətlərin bütün aspektlərini əhatə edən, habelə həm Avropa İttifaqı, həm də Azərbaycan vətəndaşlarına fayda verəcək yeni müqavilənin imzalanmasına nail olmaq üçün səylər göstərir".

Ekspertin sözlərinə görə, Azərbaycan bu tərəfdaşlığın inkişafına, xüsusən enerji və nəqliyyat əlaqələrinin inkişafına qiymətli töhfələr verib:

"Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr çox əhəmiyyətli və dəyərlidir. Həmçinin mən Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin həyata keçirilməsindəki vacib rolunu və ölkənin Avropa İttifaqı ilə nəqliyyat sahəsindəki uğurlu əməkdaşlığını vurğulamaq istəyirəm".

L.Vaytkyaviçene deyib ki, Avropa İttifaqı Azərbaycan üçün vacib ticarət tərəfdaşıdır və Avropa İttifaqının üzv ölkələri Azərbaycanın əsas investorlarıdır. Digər tərəfdən, Azərbaycan da bir investor kimi mühüm rol oynayır: "Sıx əməkdaşlıq və ortaq strateji layihələrin inkişafı Azərbaycanın Avropa İttifaqının regiondakı əsas tərəfdaşı olduğunu göstərir".

Video layihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin "Youtube" kanalından izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti