...

Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdədir

Siyasət Materials 28 May 2019 18:05 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdədir

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizdən Birləşmiş Ərəb Əmirlikləri xalqının bu bayram münasibətilə böyük fərəh hissi keçirdiyini dost xalqınıza çatdırmağınızı xahiş edirəm.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm".

XXX

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid Al Məktum Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı tərəqqi və rifah arzu edirəm".

XXX

Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı inkişaf və rifah arzulayıram".

XXX

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Çox hörmətli cənab Prezident.

İcazə verin, Respublika Günü münasibətilə şəxsən Sizi və bütün qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edim.

Müasir Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Sizin müdrik rəhbərliyiniz və parlaq diplomatik istedadınız sayəsində respublika regional səviyyədə öz liderliyini ildən-ilə möhkəmləndirir, beynəlxalq arenada mövqeyini yüksəldir. Multikulturalizm nümunəsi olan Azərbaycan dünyada vəziyyətin sabitləşməsində mühüm rol oynayır. Bu baxımdan, ölkənizin Rusiya ilə strateji xarakter daşıyan və xalqlarımızın bütün tarixi ərzində planlı şəkildə inkişaf edən qədim dostluq əlaqələrini xüsusi qeyd etmək istərdim.

Bu əlamətdar gündə şəxsən Sizə səmimi qəlbdən möhkəm cansağlığı və tükənməz enerji, səmərəli dövləti fəaliyyətinizdə yeni parlaq uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm".

XXX

Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonq Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və bütün Azərbaycan xalqına Vyetnam Hökuməti və xalqı adından ən xoş təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın regionda və dünyada rolunun artmasından və mövqeyinin möhkəmlənməsindən, xalqınızın qazandığı böyük sosial-iqtisadi uğurlardan məmnunluq hissi keçiririk.

Vyetnam xalqlarımızın maraqları naminə ölkələrimizin liderləri və xalqları tərəfindən uzun illər ərzində yaradılmış və inkişaf etdirilmiş səmərəli əlaqələrimizi bütün sahələrdə hər zaman təqdir edərək gücləndirmək niyyətindədir.

Son zamanlar Vyetnam-Azərbaycan əməkdaşlığının nəticələrini yüksək qiymətləndirirəm. Mən tam əminəm ki, ölkələrimizin liderlərinin güclü siyasi iradəsi və birgə səyləri sayəsində Vyetnamla Azərbaycan arasındakı dostluq münasibətləri və əməkdaşlıq ölkələrimizin inkişafına, bölgədə və dünyada sülhə, sabitliyə və rifaha əhəmiyyətli dərəcədə töhfə verməklə səmərəli şəkildə genişləndiriləcəkdir.

Mən Azərbaycanın daim firavan olmasını arzulayıram".

XXX

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, bütün Azərbaycan xalqına firavanlıq arzularımı çatdırmaq istərdim.

Bu xoş fürsətdən istifadə edərək əminliyimi bildirirəm ki, Rumıniya ilə Azərbaycan arasında möhkəm təməl üzərində qurulmuş strateji tərəfdaşlıq daha da genişlənəcək və dərinləşəcək".

XXX

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident.

Azərbaycanımızın 28 May – Respublika Günü münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından ürəkdən təbrik edirəm.

Bu gün biz türk dünyasının ayrılmaz parçası olan Azərbaycanın bütün sahələrdə böyük inkişafına, Sizin rəhbərliyinizlə ölkənin bütün şəhər və bölgələrində, o cümlədən Dağlıq Qarabağdakı torpaqların geri qaytarılacağının rəmzi olan Cocuq Mərcanlıda xalqın rifahı naminə aparılan quruculuq işlərinə sevinir və bununla fəxr edirik.

İnanıram ki, türkdilli ölkələr arasında mövcud olan əməkdaşlıq Sizin hərtərəfli dəstəyiniz sayəsində daha da inkişaf edəcək və güclənəcəkdir. Sizin təşəbbüsünüzlə yaradılan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bir beynəlxalq təşkilat kimi hər zaman ortaq dəyərlərimizin qorunması və dünyada təbliğ olunması istiqamətində səylərini davam etdirəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, Azərbaycanın inkişafı və tərəqqisi naminə fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

XXX

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edirəm.

Bu gün Azərbaycan inkişaf və quruculuq yolunda inamla irəliləyir, öz iqtisadi və turizm potensialını fəal surətdə reallaşdırır, ən yüksək səviyyəli beynəlxalq tədbirləri uğurla keçirir.

Həyatın bir sıra sahələrində sanballı nəticələr əldə etmiş respublikanız öz zəngin və bənzərsiz mədəniyyətini qoruyub saxlayır, xalqlarımızın çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrini zənginləşdirir.

Dağıstan ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə böyük şəxsi töhfənizə görə Sizə təşəkkür edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, Azərbaycan xalqına isə sülh, rifah və tərəqqi arzularımı qəbul edin".

XXX

İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri, cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Bu xoş fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar, ölkənizə və xalqınıza daha parlaq gələcək arzu edirəm.

Bu il yanvarın 23-də Davos şəhərindəki görüşümüzü məmnuniyyətlə xatırlayıram. Həmin görüş zamanı ölkələrimiz arasındakı möhkəm dostluq münasibətlərini yenidən nəzərdən keçirmək imkanımız oldu. İsveçrə Konfederasiyası Azərbaycan Respublikası ilə sıx münasibətlərin qorunub saxlanılmasına sadiqliyini və bu istiqamətdə aparılan uğurlu fəaliyyətin hər iki dövlətin mənafeyi naminə davam edəcəyinə ümidvar olduğunu bildirirəm".

XXX

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri, cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan böyük məmnuniyyət hissi ilə ən səmimi təbriklərimi çatdırıram.

Bir əsr bundan əvvəl mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Şərqdə və türk dünyasında demokratik dəyərlərə söykənən ilk respublikanın yaradılması ilə əlamətdar olmuşdur. Cümhuriyyətin yaradılması Azərbaycan xalqının müstəqillik əzmini nümayiş etdirərək onun həyatında yeni bir mərhələ və mühüm tarixi hadisə olmuşdur. Yeni tarixi şəraitdə dövlət müstəqilliyinin bərpasından sonra müasir Azərbaycanın memarı Heydər Əliyevin rəhbərliyi ilə respublika öz müstəqilliyini və suverenliyini möhkəmləndirməyə nail olmuş, dövlətçiliyin qorunması üçün qətiyyətli addımlar atılmışdır. Hazırda Ulu Öndərin davamçısı Zati-alinizin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz yerini tutmuş və ölkədə demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilməkdədir.

Təşkilatımıza daim göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı ifadə edir və inanıram ki, Sizin hərtərəfli dəstək və töhfələriniz sayəsində türkdilli ölkələr arasında əməkdaşlıq genişlənərək daha da inkişaf edəcəkdir.

Eləcə də qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ən xoş arzularımı və təbriklərimi qəbul etməyinizi Zati-alinizdən xahiş edir və bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh, sabitlik, tərəqqi və rifah arzu edirəm".

XXX

Mərakeşin Kralı VI Mohammed Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri.

Əziz Qardaşım. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə Sizin rəhbərliyinizlə tərəqqi və firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək xalqlarımız arasındakı möhkəm qardaşlıq əlaqələrinə, eləcə də ölkələrimiz arasındakı sıx əməkdaşlığa çox böyük dəyər verdiyimi bir daha qeyd etmək istəyirəm".

XXX

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Möhtərəm, cənab Prezident, əziz dostum.Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik edir, ölkənizin və xalqınızın rifahı naminə səmimi arzularımı çatdırıram.

Qarşılıqlı hörmət və anlaşmaya söykənən Serbiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndirir və əlaqələrimizin inkişafına verdiyim töhfələrdən məmnunluq duyuram. Əminəm ki, Sizin Serbiyaya gözlənilən səfəriniz xalqlarımızın rifahı naminə əməkdaşlıq əlaqələrimizin hərtərəfli güclənməsinə təkan verəcəkdir.

Azərbaycanın əldə etdiyi nailiyyətlərdən fərəhlənir və əminliklə bildirirəm ki, Sizin güclü liderliyiniz, qətiyyətli iradəniz, fədakar işiniz sayəsində ölkəniz bütün məqsədlərinə nail olacaqdır.

Ölkənizin Serbiyanın ərazi bütövlüyünə və suverenliyinə ardıcıl dəstəyinə və Kosovo məsələsində mövqeyinə görə minnətdarlığımı ifadə edirəm. Həmçinin Serbiya BMT-nin bütün üzv dövlətlərinin suverenliyini və ərazi bütövlüyünü prinsipiallıqla tanıyır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün göstərilən səyləri dəstəkləyir.

Möhtərəm cənab Prezident, tezliklə Sizin səfərinizə ümid edir və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

XXX

Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

Təbrikdə deyilir: "Hörmətli, cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və Xorvatiya Respublikasının vətəndaşları adından ən səmimi təbriklərimi çatdırır, dövlətinizə və vətəndaşlarınıza firavanlıq arzulayıram.

Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə dostluq və tərəfdaşlıq əlaqələrini yüksək dəyərləndirir. Mən əminəm ki, bizim bir çox sahələrdə sıx əlaqələrimiz və əməkdaşlığımız xalqlarımız arasındakı dostluğun və qarşılıqlı anlaşmanın daha da inkişaf etməsinə və güclənməsinə töhfə verəcəkdir.

İkitərəfli əməkdaşlığımızın və tərədaşlığımızın gücləndirilməsinə əlavə stimul vermiş Xorvatiyaya rəsmi səfərinizi məmnunluqla xatırlayıram. Nümayəndə heyətlərimiz arasındakı danışıqlar və müzakirələr zamanı vurğuladığımız kimi, Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası arasında energetika və iqtisadiyyatdan tutmuş mədəniyyət, elm, texnologiya və təhsilə qədər bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək üçün böyük imkanlar vardır. Ümidvaram ki, qarşıdakı illərdə Xorvatiya və Azərbaycan şirkətləri arasındakı əməkdaşlıq daha da inkişaf edəcəkdir.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, xahiş edirəm, Sizə yüksək ehtiramımı qəbul edin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti