...

Azərbaycan AŞ PA-nın komitə iclasında təmsil olunub

Siyasət Materials 8 İyun 2019 15:41 (UTC +04:00)
Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 4-dən 6-dək Serbiyanın paytaxtı Belqradda səfərdə olub.
Azərbaycan AŞ PA-nın komitə iclasında təmsil olunub

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 4-dən 6-dək Serbiyanın paytaxtı Belqradda səfərdə olub.

Trend-in məlumatına görə, Milli Məclisin deputatı səfər çərçivəsində Belqradda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

AŞPA-nın bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında müzakirə olunan mövzu ilə bağlı çıxış edən S.Qafarova deyib ki, ruhi və psixi sağlamlıq cəmiyyətlərdə həssas bir mövzudur.

Bir sıra hallarda mövcud olan stiqma və stereotiplərin zehni sağlamlıq şəraiti və ya psixososial əlilliyi olan insanlar üçün çətinliklər yaratdığını söyləyən deputat bildirib ki, məcburi tədbirlərin tətbiq olunması bu şəxslərə bəzən zərər verir.

Deputatımız həmçinin, iyunun 6-dan 8-nə kimi Fransanın paytaxtı Parisdə səfərdə olub. O, Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyi ilə əlaqədar Azərbaycanda qadın hərəkatına, qadın hüquqlarının tarixinə və perspektivlərinə həsr olunmuş elmi konfransda iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti