...

Türkmənistan Azərbaycan vasitəsilə Əfqanıstandan Avropaya nəqliyyat dəhlizini təşviq edir

Siyasət Materials 5 Avqust 2019 19:53 (UTC +04:00)
Türkmənistan bir sıra beynəlxalq və regional layihələrin, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə “Lapis Lazuli” nəqliyyat-tranzit dəhlizinin təşəbbüskarı qismində çıxış edir
Türkmənistan Azərbaycan vasitəsilə Əfqanıstandan Avropaya nəqliyyat dəhlizini təşviq edir

Aşqabad. Hüseyn Həsənov - Trend:

Türkmənistan bir sıra beynəlxalq və regional layihələrin, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə “Lapis Lazuli” nəqliyyat-tranzit dəhlizinin təşəbbüskarı qismində çıxış edir.

Trend-in məlumatına görə, bu barədə Türkmənistanın Dövlət Gömrük Xidmətinin bəyanatında deyilir.

Qeyd olunur ki, layihə ilə bağlı müvafiq saziş 2017-ci il noyabrın 15-də Aşqabadda imzalanıb.

“Lapis-Lazuli" layihəsinə əsasən, dəmir yolları və avtomobil yolları Turqundi şəhərini (Əfqanıstanın Herat əyaləti) Aşqabadla və sonra Xəzər dənizinin sahilində yerləşən Türkmənbaşı limanı ilə birləşdirəcək. Dəhliz Bakıya qədər davam edəcək, daha sonra Tbilisi, Ankara və İstanbuladək uzanacaq. Gürcüstanda isə bu dəhlizin daha bir qolu Poti və Batumiyə uzanacaq.

Tranzit logistikasını və gömrük prosedurlarını asanlaşdırmaq məqsədi daşıyan layihənin büdcəsi 2 milyard dollar dəyərində qiymətləndirilir. İrimiqyaslı layihə regionun iqtisadi inteqrasiyasını və ticarət həcmini artırmaq üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti