Mehriban Əliyeva. Xaricdən olan baxış

Mehriban Əliyeva. Xaricdən olan baxış

Bakı. Trend:

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ad günüdür. Mehriban Əliyeva Azərbaycan xalqının həqiqi məhəbbət və hörmətini qazanmış nüfuzlu dövlət və ictimai xadimdir.

Mehriban Əliyeva Azərbaycanın çiçəklənməsi və dövlətçiliyinin möhkəmlənməsi üçün böyük işlər görür. Mehriban xanımın fəaliyyəti irimiqyaslı sosial layihələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünyada təbliği, ölkə daxilində və xaricdə çoxsaylı humanitar aksiyaları, eləcə də bir çox digər istiqamətləri əhatə edir.

Mehriban Əliyevanın Azərbaycanın inkişafına, onun beynəlxalq nüfuzunun möhkəmlənməsinə şəxsi töhfəsini qiymətləndirmək çətindir. Mehriban Əliyevanın fəaliyyəti həm Azərbaycanda, həm də ölkə xaricində yüksək qiymətləndirilir.

Bolqarıstanın Kirill və Mefodi adına Veliko-Tırnovo Universitetinin rektoru Xristo Boncolov Trend-ə müsahibəsində bildirib ki, Mehriban Əliyeva tərəfindən Veliko-Tırnovo şəhərinə diqqət bolqarlar tərəfindən böyük rəğbətlə qarşılanır.

Rektorun sözlərinə görə, Heydər Əliyev Fondu tərəfindən hər bir bolqar üçün əziz olan “Trapezitsa” muzey-qoruğunun bərpası Bolqarıstanda sülh və iki ölkə arasında dostluq rəmzi kimi qəbul edilir:

“Biz tarixi abidələrimizə, tarix və mədəniyyətimizə göstərilən dəstəyi yüksək qiymətləndiririk. Şəhərimizin sakinlərinin Mehriban Əliyevanı minnətdarlıq və hörmətlə qarşılamaları bunun sübutudur”.

Rektor xatırladıb ki, Veliko-Tırnovo şəhərinin tarixi-mədəni irsinin bərpası və mühafizəsinə verdiyi töhfəyə görə, sakinlər Mehriban Əliyevaya şəhərin fəxri vətəndaşı, eləcə də Kirill və Mefodi adına Veliko-Tırnovo Universitetinin fəxri doktoru diplomlarını təqdim ediblər.

X.Boncolov ümidvar olduğunu bildirib ki, Heydər Əliyev Fondu ilə Bolqarıstan arasında məhsuldar əməkdaşlıq gələcəkdə də davam edəcək və iki dost ölkə arasındakı münasibətlərə əlavə töhfə verəcək:

“Mən bilirəm ki, Heydər Əliyev Fondu təkcə öz ölkəsində yox, həm də bütün dünyada təhsil, mədəniyyət, idman, səhiyyə, elm və texnologiya, ətraf mühit sahələrində layihələrin reallaşdırılmasında fəal iştirak edir. Heydər Əliyev Fondunun ali məqsədi var – müxtəlif mədəniyyət və sivilizasiyaların qarşılıqlı zənginləşməsi, müxtəlif xalqlar arasında dialoqun genişləndirilməsi və tolerantlıq ənənələrinin qorunması. Mən şadam ki, Heydər Əliyev Fondu Şərqi Avropada mədəniyyət sahəsində müvafiq layihənin həyata keçirilməsi üçün məhz Veliko-Tırnovo şəhərini seçib və nəticədə “Trapezitsa” dünya mədəniyyət abidələri xəzinəsi siyahısına daxil edilib. Bolqarlar üçün Heydər Əliyev Fondunun və şəxsən Mehriban Əliyevanın etdikləri çox vacibdir, çünki bu, mədəniyyətlərarası dialoq, tolerantlıq və qarşılıqlı hörmətin bir hissəsidir”.

Öz növbəsində Fransada Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel hesab edir ki, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyeva Fransa-Azərbaycan münasibətlərinin qurulmasında mühüm rol oynayıb:

"Mehriban Əliyeva Fransada Heydər Əliyev Fondunun tədbirlərində fəal iştirakı ilə bizim ictimaiyyətimizdə müsəlman ölkəsini təmsil edən parlaq, nəcib, müasir və savadlı qadının təcəssümünə çevrilib. Beləliklə, Fransa ilə Azərbaycanın yaxınlaşması üçün qapı açılıb".

Assosiasiya prezidenti Mehriban Əliyevanın 2019-cu ilin martında Fransaya səfərinin ikitərəfli münasibətlərin möhkəmlənməsindəki əhəmiyyətini xüsusi vurğulayıb:

“İstənilən dostluq münasibətlərində enişlər və yoxuşlar ola bilər. Bu səfərə qədər bəzi xoşagəlməz hadisələr iki ölkə arasında anlaşılmazlığa səbəb olmuşdu. Azərbaycanın Birinci vitse-prezidentinin Fransaya səfəri və yüksək səviyyədə görüşlərin keçirilməsi qara buludları qovdu və Fransa-Azərbaycan dostluğunu möhkəmləndirdi. Mehriban Əliyevanın Fransa haqqında dərin bilikləri, ölkəmizə marağı fransalı həmsöhbətləri mütəəssir etdi və onun vacib sahələrdəki bilikləri yüksək qiymətləndirildi”.

J.F.Mansel vurğulayıb ki, Heydər Əliyev Fondunun Fransada keçirdiyi humanitar və mədəni tədbirlər sayəsində fransalılar özləri üçün Azərbaycanı kəşf edə bildilər və ölkənin orijinallığını, mədəniyyətini, eləcə də müxtəlif xalqların və dinlərin birgəyaşayışını təmin etmək bacarığını qiymətləndirdilər.

Oxşar fikirləri Trend-ə müsahibəsində Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe də səsləndirib:

"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa-Azərbaycan münasibətlərinə yeni məzmun gətirib. Mehriban Əliyevanın vurğuladığı kimi, ikitərəfli münasibətlərdə hələ də istifadə edilməmiş potensial mövcuddur”.

Səfir qeyd edib ki, Mehriban Əliyeva təhsil və mədəniyyət sahəsində onsuz da yüksək olan Fransa-Azərbaycan əməkdaşlığının daha da genişləndirilməsi mövqeyindən çıxış edir:

"Birinci vitse-prezident Mehriban Əliyeva uzun illərdir təhsil və mədəniyyət sahəsində, o cümlədən, Heydər Əliyev Fondunun prezidenti kimi fəal şəkildə çalışır və bu sahələrdə böyük uğurlar əldə edib. Mehriban Əliyevanın Parisə uğurlu səfərindən sonra yeni addımlar atıldı. O, Parisdə baş nazir, iqtisadiyyat və mədəniyyət nazirləri kimi yüksək vəzifəli şəxslərlə görüşlər keçirdi. Bu görüşlər iyul ayında “Azərbaycan mədəni irsi Luvr Muzeyində” və 10 il Azərbaycanın müxtəlif yerlərində çalışan Fransa-Azərbaycan komandalarının apardığı arxeoloji qazıntıların nəticələrini təqdim edən "Fransa-Azərbaycan arxeoloji qazıntılarının 10 illiyi"nə həsr olunmuş iki böyük sərginin Bakıda keçirilməsinə səbəb oldu. Bu sərgi Cənubi Qafqazda qədim yaşayış məskənlərinin və sivilizasiyaların necə yarandığını göstərir. Əlbəttə, yaxın aylarda daha çox işlər görmək niyyətindəyik. Biz tanınmış fransız fotoqrafı Robert Duanonun Heydər Əliyev Mərkəzində sərgisinin reallaşdırılması üzərində işləyirik. Bizim bir çox başqa layihələrimiz də var. Biz yeni vacib addımların şahidi olduq və növbəti aylarda, qarşıdakı illərdə daha da çox iş görmək arzusundayıq”.

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın əməkdar mədəniyyət işçisi, Rusiya Dövlət mükafatı laureatı Mixail Qusman Trend-ə müsahibəsində vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın həm öz ölkəsində, həm də dünyada multikulturalizmin inkişafındakı xidmətlərini qiymətləndirmək çətindir:

“Azərbaycan Prezidenti İlham Əliyev həmişə vurğulayır ki, multikulturalizm Azərbaycanın mədəni, eləcə də sosial həyatının təbii və vacib tərkib hissəsidir. Bu kontekstdə Mehriban Əliyeva UNESKO-nun xoşməramlı səfiri qismində təkcə ölkənin beynəlxalq miqyasda tanınmasına deyil, həm də paytaxt Bakının dünyanın multikulturalizm mərkəzi kimi tanınmasına böyük töhfə verir. Başqa cür ola da bilməz, çünki tarixən Bakı dünya mədəniyyətlərinin, Qərb və Şərq sivilizasiyalarının və dünya dinlərinin kəsişdiyi məkan olub”.

M.Qusman Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti qismində fəaliyyətini xüsusi qeyd edib:

“Güclü və müstəqil Azərbaycanın da tərkib hissəsi olduğu müasir dünyada vətəndaş cəmiyyətinin rolu getdikcə daha da aktuallaşır. Ona görə də ölkədə ən vacib ictimai proseslərin başında dayanan Heydər Əliyev Fondu kimi təşkilatın olmasına böyük tələbat var. Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti, əsasən, onun prezidenti, müasir Azərbaycan ictimaiyyətinin tələbatını, onun qarşısında duran vacib tapşırıqları həssaslıqla duyan Mehriban Əliyevanın fəaliyyəti ilə bağlıdır”.

M.Qusman qeyd edib ki, Fond tərəfindən həm ölkədə, həm də xaricdə Azərbaycan xalqının xeyrinə, Azərbaycan naminə reallaşdırılan onlarla, hətta yüzlərlə layihə saymaq olar:

“Bu layihələr hər kəsə məlumdur. Heydər Əliyev Fondunda vətəndaşların minlərlə fərdi müraciətinə baxılıb və müxtəlif kateqoriyadan olan insanlara yardım edilib. Vacib olan odur ki, onun fəaliyyəti yalnız xeyriyyə işləri ilə məhdudlaşmır. Elm, təhsil, maarif sahələrində də ciddi layihələr var. Həmçinin, Fondun Azərbaycanın və xarici ölkələrin vətəndaş cəmiyyəti təşkilatları arasında əlaqələrin qurulmasında rolunu qiymətləndirmək çətindir. Mən hələ Azərbaycanda və xaricdə mədəniyyət abidələrinin restavrasiyası kimi ciddi layihələrdən danışmıram”.

Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Marqarita Rusetskaya Trend-ə müsahibəsində bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sayəsində Azərbaycanla Rusiya arasında əməkdaşlıq yeni səviyyəyə qalxıb və uğurla inkişaf edir:

“Bir müddət əvvəl Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Rusiyanın Dostluq Ordeni ilə təltif olundu. Biz bu addımı ürəkdən alqışlayırıq. Azərbaycanın Birinci vitse-prezidenti gündəlik olaraq demək olar ki, həyatın bütün sahələrində – təhsil, mədəniyyət, elm, səhiyyə, ekologiya – ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına böyük töhfə verir. Onun rəhbərliyi altında həmin sahələrdə çoxsaylı Rusiya-Azərbaycan layihələri reallaşdırılır. Bundan başqa, Mehriban Əliyeva həm ölkə daxilində, həm də xaricdə geniş xeyriyyə fəaliyyətini həyata keçirir”.

M.Rusetskaya, həmçinin, Mehriban Əliyevanın rus dilinin Azərbaycanda inkişafındakı rolunu vurğulayıb və qeyd edib ki, ölkədə rus dilinə böyük diqqət həm də tələbəlik həyatını Moskvada keçmiş Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətidir.

Ermənistan vətəndaşları Qarabağdakı zənginlər uğrunda ölməməlidir - Erməni jurnalist
Ermənistan vətəndaşları Qarabağdakı zənginlər uğrunda ölməməlidir - Erməni jurnalist
Rusiyanın Qarabağı öz tərkibinə qatmaq kimi ekzotik fikri yoxdur - Lavrov
Rusiyanın Qarabağı öz tərkibinə qatmaq kimi ekzotik fikri yoxdur - Lavrov
Qarabağda atəşkəs pozuntuları qeydə alınmayıb - Rusiya MN də erməni KİV-in iddialarını təkzib etdi
Qarabağda atəşkəs pozuntuları qeydə alınmayıb - Rusiya MN də erməni KİV-in iddialarını təkzib etdi
Loading Bars
Xəbər lenti
14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO)
Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib
“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr" adlı vebinar keçirilib (FOTO)
ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub
Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi - Tural Gəncəliyev
Ağır yaralanan qazimiz şəhid oldu (FOTO)
"Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza
20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub
Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı
Azərbaycanda 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib
Gəncədə “COVID-19”-a qarşı vaksinasiya prosesinə başlandı (FOTO)
Vətən müharibəsində 65 mədəniyyət işçisi döyüşlərə qatılıb, 8-i şəhid olub
Filippin və İndoneziyada güclü zəlzələ olub
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır - Deputat
Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər - Qurbanqulu Berdiməhəmmədov
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsi anılıb (FOTO)
Unibank müştəriləri üçün vacib məlumat!
"Dostluq" yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır - Qurbanqulu Berdiməhəmmədov
Prezident İlham Əliyev: Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Prezident İlham Əliyev: Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb
Bakıda küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi
Bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarına daxil edilməyəcək - SƏBƏB
Şagirdlərin qış tətilinin vaxtı açıqlandı
Azərbaycan Prezidenti: Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir
Prezident İlham Əliyev: Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq
Virtual dərslərə qoşula bilməyən şagirdlər də qiymətləndirmədə iştirak etməlidirlər - RƏSMİ
Qiymətlərindən narazı qalan şagirdlər apelyasiyaya müraciət edə bilərlər - Təhsil Nazirliyi
Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır
Füzuli rayonunun Dördçinar kəndi (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır
Tədris distant formada olubsa, biliklər də bu formada qiymətləndirilməlidir - Nazirlik rəsmisi
Masallıda ev yanıb
Vətən müharibəsində 2 858 şəhidin şəxsiyyəti müəyyən edilib - Hərbi prokuror
Hindistanda vaksin istehsal olunan institutda yanğın baş verib
Ötən il 19 nəfər hərbi prokurorluq işçisi məsuliyyətə cəlb edilib
Azərbaycanda baş verən hərbi xidmət əleyhinə olan cinayətlər 47,6% azalıb - Xanlar Vəliyev
Azərbaycan dünya təcrübəsinə əsaslanaraq idman zallarını aça bilər - İdman ustası
“YAŞAT” Fondu tərəfindən şəhid və qazi ailələri tibbi müayinələrdən keçirilib (FOTO)
Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu
Məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqlar - Dövlət komitəsi
20 yanvar günü evini tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı
Postlardan keçməyə cəhd edən 2 315 avtomobil geri qaytarılıb, 3 nəfər həbs edilib
İdarəetmədə çevikliyin və səmərəliliyin artırılması hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq - Vüqar Rəhimzadə
SOCAR AVIATION Adnan Menderes hava limanında yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb (FOTO)
Azərbaycanda portağal sahələrinin güzəştli sığortası başlandı
SOCAR AVIATION təyyarələri üçün yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Dövlət Reklam Agentliyi “ARTREKLAM”ın kreditorlarına müraciət edib
İranda bir gündə 93 nəfər koronavirusdan ölüb
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Azərbaycan Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz ixracını artırıb
Qarabağ qazisi ölümdən necə xilas oldu? - Trend TV cərrahi əməliyyatın görüntülərini təqdim edir (VİDEO)
"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifədir - SOCAR
Dillər Universitetində Çin dili üzrə metodik seminar keçirilib
ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
“Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX əsrlər)” kitabı nəşr olunub
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bağdadda 3 il sonra ilk partlayış - Ölü sayı artır (YENİLƏNİB)
Türkiyəli mütəxəssislər Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMA
Vətən müharibəsində iştirak etdiyinə görə təltif olunan 57 dəmiryolçu
Azərbaycan nefti bahalaşıb
Kürdəmirdə 18 kilometrlik yolun yenidən qurulması yekunlaşır (FOTO)
Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq
SOCAR hava şəraiti ilə əlaqədar platformalarda açıq sahələrdə işləri dayandırıb
Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni imkanlar yaradılır
İşğaldan azad olunan ərazilərdə yeni layihənin icrası planlaşdırılır
"Elmlər Akademiyası"nın ətrafı hasara alındı - SƏBƏB (FOTO)
ABŞ-da etiraz aksiyaları başlayıb, saxlanılanlar var
Dövlət Məşğulluq Agentliyi son bir ildə 150 mindən çox şəxsi aktiv məşğulluq tədbirlərinə cəlb edib
Sabah şaxta olacaq
ENGİNET təhsil işçilərinə özəl təklif hazırlayıb
Şuşa və digər azad olunmuş ərazilərə avtobus reysləri ilə bağlı işlərə başlandı - RƏSMİ
Prezident İlham Əliyevlə Türkmənistan Prezidenti arasında videokonfrans formatında görüş keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)
“Azəripək” MMC-nin inkişaf strategiyasının formalaşması üzrə işlər aparılır
Sabahdan milli parklar ziyarətçilər üçün açıq olacaq
Rusiyada daha 612 nəfər koronavirusdan öldü
Ov mövsümü başlayır
BTC ilə ötən il nəql edilən neftin həcmi açıqlanıb
Benilüks Azərbaycanlıları Konqresi niderlandlı deputatlara müraciət edib
Liviyada həbsdə olan 2 azərbaycanlı vətənə geri qayıdıb - XİN
1 saylı Körpələr Evində nöqsanlar aşkarlanıb (FOTO)
Serbiya 2023-cü ildə Azərbaycan qazını ala bilər
Ən çox qar bu rayonlara yağıb
Rusiyada 8 xidmət yoldaşını qətlə yetirən əsgərə 25 il həbs verildi
DİN saxta profillərlə bağlı xəbərdarlıq etdi
Parlament investorlara əlverişli şərait yaratmaq üçün qanunvericilik bazasına yenidən baxır
“Regional İnkişaf” İctimai Birliyi yeni portal istifadəyə verib (VİDEO)
Türk şirkətləri azad edilmiş ərazilərdə tekstil sahəsinə 50 milyon dollar yatırım edəcək
Temperatur normadan 2 dərəcə aşağı enib, aran rayonlarında da şaxta olub
Qarlı hava neçə gün davam edəcək?
Hesab.az-ın 2020-2021 illərdə fəaliyyət strategiyası
Kapital Bank 2020-ci ilin nəticələrini elan edib
BTQ ilə yükdaşımalarda ilk dəfə örtülü vaqonlardan istifadə edilib (FOTO)
Bütün xəbərlər