...

Deputat: “Əsrin müqaviləsi” müstəqil Azərbaycan iqtisadiyyatının dinamik inkişafının əsasını təşkil etdi

Siyasət Materials 20 Sentyabr 2019 18:32 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi” müstəqil Azərbaycan iqtisadiyyatının dinamik inkişafının əsasını təşkil etdi.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, bu müqavilə ölkənin iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu: “Ən əsası isə “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsi Azərbaycan xalqında parlaq gələcəyə olan ümüd hissini artırdı. Ulu öndər bu müqavilə haqqında belə deyirdi - “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl 21-ci əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, 21-ci əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”. 20-ci əsrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə söylədiyi bu sözlər 25 illik zaman qət edərək bü gün tam təsdiqini tapıb”.

N.Həmzəyev vurğulayıb ki, ulu öndərin müdrikliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü, ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində Azərbaycan milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərə bilib: “Dahi şəxsiyyətin uğurlu strategiyası nəticəsində nəinki neft sənayesini əhatə edən sahələr dirçəldi, həm də bütövlükdə ölkə iqtisadiyyatı inkişaf etdi. Hətta neft sənayesinin inkişafı qeyri-neft sektorunun inkişafına da ciddi təsir göstərdi.

Ümummilli lider Heydər Əliyevin başlatdığı neft strategiyası müstəqil Azərbaycanda qüdrətli iqtisadiyyat və çiçəklənən cəmiyyətin qurulması üçün zəmin yaratdı, ölkəmizi dünya iqtisadi sisteminə qoşdu, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, Xəzərin karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqlini reallaşdırdı”.

Deputat əlavə edib ki, ulu öndərin təməlini qoyduğu uğurlu siyasəti ölkə Prezidenti İlham Əliyev uğurla, layiqincə davam etdirərək Azərbaycanı dünyanın aparıcı dövlətləri ilə bir sıraya yüksəltdi: “Son illər ölkəmizin sosial-iqtisadi, mədəni həyatında, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində əldə etdiyi uğurlar da məhz düşünülmüş fəaliyyətin nəticəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti