...

Azərbaycan hərbçiləri “Saber Junction - 19” təlimlərində tapşırıqları icra ediblər (FOTO)

Siyasət Materials 24 Sentyabr 2019 18:20 (UTC +04:00)
“Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları növbəti mərhələdə tapşırıqları icra ediblər.
Azərbaycan hərbçiləri “Saber Junction - 19” təlimlərində tapşırıqları icra ediblər (FOTO)

Bakı. Trend:

Almaniyanın “Hohenfels” təlim mərkəzində davam edən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları növbəti mərhələdə tapşırıqları icra ediblər.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbçilərimiz NATO-nun üzv və tərəfdaş ölkələrinin nümayəndələri ilə birgə təlim çərçivəsində keçirilən əməliyyatlar, bölmələrin qarşılıqlı fəaliyyəti və digər tapşırıqları yerinə yetirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti