...

Siyavuş Novruzov: Azərbaycan regionun lider dövləti olaraq, bölgədəki proseslərdə aparıcı rol oynayır

Siyasət Materials 5 Oktyabr 2019 13:44 (UTC +04:00)
Siyavuş Novruzov: Azərbaycan regionun lider dövləti olaraq, bölgədəki proseslərdə aparıcı rol oynayır
Siyavuş Novruzov: Azərbaycan regionun lider dövləti olaraq, bölgədəki proseslərdə aparıcı rol oynayır

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Ölkəmizin müstəqil siyasət həyata keçirdiyini deyən S.Novruzovun sözlərinə görə, Azərbaycan heç bir dövlətin, beynəlxalq təşkilatın diqtəsi ilə hərəkət etmir:

“Əksinə, Azərbaycan regionun lider dövləti olaraq, bölgədəki proseslərdə aparıcı rol oynayır. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edən əsas ölkələrdən biridir. Bir sözlə, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət ölkəni daha da gücləndirir. Dövlət başçısının Soçidə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanat isə dünya üçün bir mesajdır”.

S.Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyasının fəalları görülən işləri insanlar arasında ciddi şəkildə təbliğ etməlidir. YAP-ın 8 minə yaxın ərazi ilk partiya təşkilatlarının olduğunu deyən deputat burada birləşən üzvlərin birbaşa vətəndaşlarla təmasda olduğunu qeyd edərək təbliğat işinin gücləndirilməsini vacib hesab edib:

“Çünki Azərbaycanı gözü götürməyən dairələr ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparırlar. İnformasiyanı insanlara iki formada daha sürətli çatdırmaq olur. Biri canlı şəkildə, digəri isə sosial şəbəkələr vasitəsilə. Artıq bu baxımdan sosial şəbəkələr daha öndədir. Bu imkanlardan istifadə olunaraq cəmiyyətdə qarışıqlıq yaratmaq istəyənlər var. Onların arxasında bəzi xarici dairələr dayanır. Həmin insanları maliyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur. Xaricdəki mühacir azərbaycanlılar Azərbaycanda aparılan islahatlara, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər. Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. Lüksemburqda “Qarabağ” futbol klubunun oyununda baş verən erməni təxribatı zamanı onların səsi çıxmadı, həmin təxribata etiraz etmədilər. Çünki erməni lobbisi tərəfindən maliyyələşirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti