...

Ərdoğandan Bakıya səfəröncəsi AÇIQLAMA: Türkiyə türkdilli ölkələrlə münasibətləri ilə fəxr edir

Siyasət Materials 14 Oktyabr 2019 12:29 (UTC +04:00)
Türkiyə türkdilli ölkələrlə münasibətləri ilə fəxr edir
Ərdoğandan Bakıya səfəröncəsi AÇIQLAMA: Türkiyə türkdilli ölkələrlə münasibətləri ilə fəxr edir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə türkdilli ölkələrlə münasibətləri ilə fəxr edir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ərəfəsində deyib.

O bildirib ki, türkdilli ölkələr arasında münasibətlər bundan sonra inkişaf edəcək.

Türkiyə Prezidenti əlavə edib ki, Azərbaycana səfəri çərçivəsinfə Türk Şurasına üzv dövlətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti