...

Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

Siyasət Materials 21 Oktyabr 2019 10:16 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Yaponiya imperatoru Naruhitonun taxta çıxma mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.
Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Yaponiya imperatoru Naruhitonun taxta çıxma mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.

Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasimdə 174 ölkəni təmsil edəcək iki mindən çox nümayəndənin iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Yaponiyanın indiki imperatoru Naruhito cari il mayın 1-də taxta çıxıb. Həmin vaxt ona hakimiyyətin rəmzi hesab edilən əsas dövlət və İmperatorun şəxsi möhürləri, həmçinin müqəddəs reqaliyalar təqdim edilib. İmperatorun taxta çıxması üzrə komissiyanın qərarına əsasən, mərasimin əsas hissəsinin oktyabrın 22-də keçirilməsi qərara alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti