Bakı. Alpər M. - Trend:
Dünən ilk dəfə Əli İnsanovu seçki müzakirələri zamanı gördüm (mövzu seçki olduğu üçün iştirak edirdim), çıxışını canlı dinlədim. Adam iqtisadi mövzulara da girdi və məlum oldu ki, dünyadan da, ölkədən də bixəbərdir, tezisləri içiboş, rəqəmləri səhv, çıxartdığı nəticələr gülüncdür.
Trend-in məlumatına görə, bunu "ReAL" Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Əli İnsanovun yeganə amacı qisasdır - başqa heç bir siyasi, iqtisadi vizionu yoxdur:
"Ola da bilməz, çünki çox köhnədir, müasir təməl bilikləri yoxdur. Adam elə bilir ki, hər çıxışında 10 dəfə "Avropa, ABŞ" desə, Qərb bunu dəstəkləyəcək, adam düşünür ki, problemlərin səbəblərinə toxunmadan nəticəsini söyləsə, ictimai dəstək qazanacaq.
Mən məmləkətin gələcəyinin dizayn olunmasında belə bir insanın iştirak etməsindən ürkürəm, bunu istəmirəm".
Qeyd edək ki, radikal müxalifət nümayəndələri dünən Müsavat partiyasının qərargahında dəyirmi masa keçirib. Müzakirələrdə korrupsioner Əli İnsanov da iştirak edib.