Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış olublar (FOTO) (YENİLƏNİB)

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış olublar (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və “Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun dövlətimizin başçısına və birinci xamına 25 illik yubileyini qeyd edən builki sərgi haqqında məlumat verdilər.

Bildirildi ki, yubiley sərgisində 23 ölkədən 238 şirkət iştirak edir. Türkiyə, Rusiya, ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Sloveniya, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunur. Sərgiyə 11 ölkə milli pavilyonla qatılıb. Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Stendlərdə həm iş, həm də gündəlik həyat üçün “ağıllı” həllər təklif olunur. Hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulub. Sərgi Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, işgüzar əlaqələrin qurulması üçün də nadir məkandır.

Dövlətimizin başçısı və birinci xanım İnnovasiyalar Agentliyinin stendi ilə tanış oldular. Burada agentliyin fəaliyyəti haqqında məlumat verildi. Qeyd olundu ki, Agentlik regional investorları cəlb etmək üçün beynəlxalq ekspertlərin iştirakı ilə Fondlar Fondunun yaradılması üzərində iş aparır. Bu sahədə beynəlxalq təcrübə öyrənilir. Agentliyin indiyədək bir çox startapları həyata keçirilib. Bu startaplar sosial, süni intellekt, istehlakçılar, tibb və digər sahələri əhatə edir.

Dövlətimizin başçısına Azərbaycanda startapçılar üçün yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, İnnovasiyalar Agentliyi bütün regional startaplara Azərbaycanda öz şirkət nümayəndəliklərini qeydiyyatdan keçirməyə, yerli mütəxəssislərdən ibarət komanda formalaşdırmağa, məhsullarını adaptasiya etməyə və kommersiyalaşdırmağa kömək göstərir.

Bu stenddə Azərbaycan Prezidentinə və birinci xanıma startap layihələri barədə məlumat verildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AzInTelecom”un stendində də təqdim olunan yeniliklərlə tanış oldular. Burada “Hökumət buludu” layihəsi, yeni məhsullar və layihələr təqdim edilir. Bundan başqa, eyni zamanda, proqram təminatı xidmətləri çərçivəsində yeniliklər nümayiş olunur. Stenddə, həmçinin Yevlaxda ehtiyat Data Mərkəzi, bulud texnologiyaları üzrə ən son xidmətlərin “Azcloud MeetUp” adlı emalatxanası barədə də məlumat almaq olar.

“Aztelekom” MMC-nin stendində məlumatın yüksək sürətlə ötürülməsini təmin edən müasir və səmərəli ayrılmış xətt xidməti, GPON və LTE texnologiyaları üzərindən göstərilən genişzolaqlı xidmətlər, İPTV və internetdə olan məzmunun filtrasiya xidməti təqdim olunur.

“Baktelecom” stendində sərgi ziyarətçilərinə Bakı şəhərini əhatə edən “Evədək optika” layihəsi və paytaxtətrafı ərazilərdə tətbiq edilən “Simsiz rabitə” şəbəkəsinin növbəti mərhələsi, həmçinin IPTV texnologiyası ilə rəqəmsal televiziya xidmətləri, mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradan “Virtual ATS” xidməti təqdim olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsas informasiya texnologiyaları infrastrukturu olan Məlumat Hesablama Mərkəzi ölkədə elektron imza üçün Milli Sertifikat Xidmətləri Mərkəzinin fəaliyyətini qanunvericiliyə əsasən təmin edən müəssisədir. Qırx beş ildən çoxdur ki, fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi Azərbaycanda kompüter texnologiyası ilə hesablamalar və təhlillər aparan ilk qurumdur. Müəssisənin xidmətlərinə “özəl şəbəkələrin qurulması”, “proqram təminatı”, “məlumatın saxlanma və emalı sistemi”, “sistem inteqrasiya həlləri”, “veb saytların yaradılması” və digər mühüm xidmətlər daxildir. Mərkəz fəaliyyət sahələrini genişləndirərək informasiya texnologiyalarının bir çox istiqamətlərini əhatə edir.

“Azərpoçt” MMC-nin stendində yeni “Postman” xidməti təqdim olunub. “Android” sistemi ilə çalışan mobil tətbiq poçtalyonların işini asanlaşdırmaq və onların fəaliyyətinə nəzarət etmək məqsədi daşıyır. Buradakı digər yenilik isə “Postpay” – elektron pul kisəsidir.

“Azərmarka” MMC-nin stendində markalı kitablar, bu il ərzində tədavülə buraxılan poçt markaları, suvenirlər təqdim edilir.

Dövlətimizin başçısı və birinci xanım poçt markalarını möhürlədilər.

X X X

Prezident İlham Əliyev sərgidə Rusiyanın “Rossiya 24” televiziya kanalına müsahibə verdi.

X X X

Sərgidə İnnovasiyalar Agentliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçıları əldə etdikləri nailiyyətləri sərgi ziyarətçiləri ilə bölüşürlər. Kurs iştirakçıları hazırladıqları modelləri Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya nümayiş etdirdilər.

Belarus da “Bakutel-2019” sərgisinin iştirakçıları arasındadır. Bu ölkədən “Bakutel”də 6 şirkət iştirak edir. Onlar İKT-nin ən son yeniliklərini Bakı sərgisində nümayiş etdirirlər. Prezident İlham Əliyev burada Belarus və Azərbaycanın birgə buraxılışı olan markanı möhürlədi.

“Startup Avenue” stendində İnnovasiyalar Agentliyində fəaliyyət göstərən 26 startap layihəsi nümayiş olunur. İnnovasiyalar Agentliyinin “Hybrid Startups” proqramı çərçivəsində Rusiya, İtaliya, Yaponiya, Ukrayna və İrandan olan xarici rezidentlər də sərginin iştirakçıları arasındadırlar.

Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin sərgidəki stendində bu ölkənin 14 universiteti və bir elmi-tədqiqat institutunun ümumilikdə 35 layihəsi təqdim olunur. Bundan başqa, Rusiyanın 2 şirkət də öz məhsullarını nümayiş etdirir.

Sərgidə İran İslam Respublikası da geniş təmsil olunur. Burada İrandan 15 şirkət məhsullarını təqdim edir. Şirkətlərin təqdim etdiyi layihələr arasında İKT ilə bağlı ən son yeniliklər nümayiş olunur.

Qardaş Türkiyə digər sərgilərdə olduğu kimi, bu sərgidə də təmsil olunur. Türkiyə şirkətləri peyk, İT, informasiya təhlükəsizliyi ilə bağlı innovativ məhsulları təqdim edirlər. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə yanaşı, 4 şirkətin yenilikləri də ziyarətçilərə nümayiş etdirilir.

Xorvatiya “Bakutel-2019”da ümumilikdə 5 şirkətlə təmsil olunur. Bu şirkətlərdən ikisi ilk dəfədir ki, sərgiyə qatılır. Şirkətlər müxtəlif məhsul və layihələrini, o cümlədən İT, mobil bankçılıq və digər xidmətləri təqdim edirlər.

Amerika Birləşmiş Ştatları sərginin iştirakçıları arasındadır. Bu ölkədən 4 şirkət İKT ilə bağlı müasir xidmətlərini təqdim edir. Bu xidmətlərin arasında İT sahəsində təhlükəsizlik və digər məhsullar var.

İsrail də sərgidə iştirak edir. Bu ölkənin şirkətləri “Bakutel”də innovativ məhsul və xidmətlərini təqdim edirlər.

Fransa stendində də ən son İT və informasiya təhlükəsizliyi məhsulları nümayiş olunur. Burada Fransanın 2 şirkəti ən son yeniliklərini sərgi iştirakçılarına nümayiş etdirir.

İtaliya stendi ilə tanışlıq zamanı məlumat verildi ki, burada 3 şirkət müxtəlif İT məhsullarını təqdim edir. İtaliya sərgidə, həmçinin milli pavilyonla təmsil olunur.

“Bakutel-2019 “sərgisində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzi öz stendi ilə təmsil olunur. Burada Mərkəzin idarə etdiyi, o cümlədən texniki cəhətdən ərsəyə gətirdiyi layihələr, qurumun əməkdaşları tərəfindən dövlət xidmətlərinin təkmilləşdirilməsini təmin edən İKT sahəsində həllər nümayiş olunur. Stenddə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “myGov” portalı, “ASAN ödəniş”, “ASAN Viza”, “ASAN Finans” sistemləri və süni intellekt sahəsində mərkəzin gördüyü işlər barədə ətraflı məlumat verildi.

İT sahəsində dünya liderlərindən olan CİSCO şirkəti də sərginin iştirakçıları arasındadır. Bu şirkət ən son yenilik və məhsullarını, həmçinin İT həllərini sərgi iştirakçılarına təqdim edir.

Vətəndaşlara qeydiyyat prinsipi olmadan xidmət göstərən DOST Mərkəzinin sosial sahədə innovativ yenilikləri də “Bakutel-2019”da təqdim edilir. Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, bu ilin mayında açılışı olan DOST Mərkəzi ötən müddətdə 55 min vətəndaşa xidmət göstərib. Vətəndaş məmnunluğu səviyyəsi 95 faizdən çoxdur. Hazırda vətəndaşlara 132 xidmət göstərilir. Getdikcə təkmilləşdirilən bu xidmətlərin sayı artır. DOST Mərkəzinin müasir “Çağrı mərkəzi” 200 mindən çox zəng qəbul edib.

Bildirildi ki, bir neçə həftədən sonra Bakının Xəzər və Pirallahı rayonlarını əhatə edən 2 saylı DOST Mərkəzi açılacaq. Növbəti il isə Bakı ilə yanaşı, bölgələrdə də beş mərkəzin açılması nəzərdə tutulur.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti də sərgidə təmsil olunur. Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. Prezident İlham Əliyevə şoranlaşma ilə bağlı peyk vasitəsilə aparılan müşahidələr barədə məlumat verildi.

1987-ci ildə təsis edilən “Huawei” şirkəti sərgidə yeniliklərini təqdim edir. Beynəlxalq aləmdə aparıcı informasiya və kommunikasiya texnologiyaları infrastrukturu və ağıllı cihazların təminatçısı olan şirkət dünyada üç milyarddan çox insana xidmət göstərərək, 170-dən artıq ölkədə və bölgədə təmsil olunur.

Rusiyanın Peyk Kommunikasiya Şirkəti də sərgidə məhsullarını təqdim edir.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin “ROBOPARK” sahəsində təqdim olunan yeniliklərlə tanış oldular. Məlumat verildi ki, burada 20-dən çox interaktiv və əyləncəli proqramlaşdırma, həmçinin dronlar üzrə biliklər təqdim olunur.

Eyni zamanda, sərgidə müxtəlif robotlar da nümayiş etdirilir.

Dövlətimizin başçısı və birinci xanım robotların danışığını dinlədilər və Azərbaycan musiqisi altında rəqsinə tamaşa etdilər.

Digər bir robotun pianoda ifası da maraqla qarşılandı.

Sonra xatirə şəkilləri çəkdirildi.

Daha sonra dövlətimizin başçısına “Bakı Taxi” MMC-nin yeni elektrik mühərriki ilə işləyən avtomobil modeli barədə məlumat verildi. Bildirildi ki, elektrik enerjisi ilə işləyən yeni taksilər ekoloji cəhətdən zərərsizdir. Avtomobillərdə USB portlar, wifi və GPS quraşdırılıb.

AZTA regionlarda beş yeni nümayəndəlik açıb
AZTA regionlarda beş yeni nümayəndəlik açıb
Azərbaycanın təşəbbüsü ilə türkdilli dövlətlərin Turizm təşkilatı yaradılacaq
Azərbaycanın təşəbbüsü ilə türkdilli dövlətlərin Turizm təşkilatı yaradılacaq
Uzun müddət fəaliyyət göstərməyən turizm şirkətlərinin öz fəaliyyətlərini bərpa etməsinə icazə verildi
Uzun müddət fəaliyyət göstərməyən turizm şirkətlərinin öz fəaliyyətlərini bərpa etməsinə icazə verildi
Loading Bars
Xəbər lenti
“Azərişıq”: Bu il eletrik enerjisinin texniki itkiləri 8,9 faiz səviyyəsində proqnozlaşdırılır
Kolumbiyada zavodda qəza 5 nəfərin ölümünə səbəb oldu
İsraildə ötən gün koronavirusa 6 667 yeni yoluxma halı qeydə alınıb
BMT və Britaniya 12 dekabrda iqlimə dair sammit keçirməyi planlaşdırır
"Milan"ın futbolçusu Duarte koronavirusa yoluxub
Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb
Moskvada koronavirusdan ölənlərin sayı 5 115 nəfərə çatıb
Əfqanıstanda 30-a yaxın polis öldürülüb
"Arsenal" İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsinə yüksəldi
"İnstaqram"ın işində qüsurlar yaranıb
SOCAR və BMT İnkişaf Proqramının birgə layihəsinin icra müddəti uzadılıb
Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb
Emin Həsənov: Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir
225 obyektdə karantin rejiminin tələbləri pozulub
Mnatsakanyanın “danışıqlara hazırıq” bəyanatı daxili auditoriyaya hesablanıb – AzTV-də MÜZAKİRƏ
David Zalkaliani: Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir
Avropa Parlamenti demokratik proseslərə xarici müdaxilə üzrə komitə yaradıb
"Mikro dünyamızın Makro xəyalları" adlı layihənin Tovuzda təqdimat mərasimi keçirilib
Əli Əsədov: Ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır
Baş nazir: Bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir
Rusiyalı analitik: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır
İranlı palata üzvü: Azərbaycan və İranın dəmiryolu potensialı ticarət əməkdaşlığını maksimum səviyyəyə çatdıra bilər
Mərkəzi Bank AYİB-lə birgə kiçik və orta biznesə dəstək göstərəcək
“Johnson & Johnson” koronavirus vaksininin sınaqlarının üçüncü mərhələsinə başlayıb
Udin təşkilatının sədri Azərbaycanda etnik azlıqlar üçün yaradılmış şəraitə görə təşəkkür edib
Kolleclərin tibb ixtisasları üzrә hazırladığı mütәxәssislәrin sayı azalıb
Ermənilər sosial şəbəkələrdə saxta profillərlə kəşfiyyat-təxribat fəaliyyəti aparırlar (FOTOFAKT)
Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib (FOTO)
Rusiyada yeni yaranmış kiçik və orta sahibkarlıq müəssisələri vergidən azad edilib
Dövlət Komitəsi Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı açıqlama yaydı
Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradılıb
Ombudsman Aparatının da təmsil olunduğu Vətəndaşsızlıq məsələləri üzrə yaradılan İşçi Qrup fəaliyyətə başlayıb
Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb (FOTO/VİDEO)
Ceyhun Bayramov: Ermənistan silahlı qüvvələri iyul ayında Azərbaycanın mühüm enerji və nəqliyyat infrastrukturunu hədəf alıb
"Qarabağ - Əlil Döyüşçülər" Futbol Federasiyası Avropa 2-cisi kimi Vətənə qayıdıb (FOTO)
Daha bir şirkətin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edildi - Baş Prokurorluq
Azercell abunəçilərinə hədiyyə balans qazandırır!
Prezident İlham Əliyev: Balaxanı və Bibiheybət dünyanın ən qədim neft mərkəzləridir
Prezident İlham Əliyev: Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir
Azərbaycanda 660 milyon kubmetr su ehtiyatının yaradılması gözlənilir
Ombudsman Şimali Kipr Türk Respublikasının ölkəmizə yeni təyin olunmuş nümayəndəsini qəbul edib
Təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyət açıqlandı (FOTO)
Bakı və Abşeron yarımadasında ağacların quruma səbəbi araşdırılır (FOTO/VİDEO)
Bakı, Gəncə və Qəbələ YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilib (FOTO)
BMT Baş katibinin qlobal atəşkəs çağırışı fonunda Ermənistanın müharibə hazırlıqları - TƏHLİL
Unibank kart məlumatlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici videoçarx hazırlayıb
Rayonlara həftəsonu avtobuslarla turların təşkilinə icazə verilsin - TƏKLİF
Vyaçeslav Volodin: Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Azərbaycanda 146 nəfər koronavirusa yoluxdu, 173 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Sahibə Qafarovanın Vyaçeslav Volodin ilə görüşü olub (FOTO) (ƏLAVƏ OLUNUB)
Sentyabrın 24-də manatın dollara qarşı məzənnəsi
COVİD-19 pandemiyasından zərər çəkmiş bizneslərə PAŞA Bankdan dəstək (VİDEO)
Bakı-Quba yolunda təmir işlərinə başlandı
Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının iclası keçirilib (FOTO)
Heydər Əliyev Fondu ilk gündən dövlət tərəfindən görülən işlərə öz dəstəyini göstərir (MÜSAHİBƏ)
İsrailin şəhər meri: Azərbaycanın tolerant ölkə olmasına heç bir şübhə yoxdur
"Cimerlik.az" portalı fəaliyyətini dayandırıb
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq? – TƏBİB açıqladı
Rasim Quliyev: Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan (MÜSAHİBƏ) (VİDEO)
Azərbaycanda əhalinin 10 faizi üçün vaksin əldə edilməsi razılaşdırılıb
ASAN xidmət çimərliklərdəki monitorinqin nəticələrini açıqladı (FOTO)
Prezident İlham Əliyev: İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır
Azərbaycan Prezidenti: Hər bir qəsəbədə aparılan abadlıq işləri gərək yerli sakinlərlə də müzakirə olunsun
Asiya İnkişaf Bankı Azərbaycandakı layihələrə 5,2 milyard dollardan çox kredit ayırıb (FOTO)
Parisdə bomba həyəcanı - Eyfel qülləsi bağlandı
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür - Ramin Bayramlı
TƏBİB: Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir
Ramin Bayramlı: Azərbaycanda koronavirusa qarşı peyvəndlə bağlı strategiya hazırlanır
Prezident İlham Əliyev: Balaxanı dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır
Dilorom Fayziyeva: Beynəlxalq təşkilatlarda Azərbaycanın güclü və müstəqil yeri var (FOTO)
Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbuluna başlanılır (FOTO)
Paytaxtda abadlaşdırılan növbəti həyətlər sakinlərin istifadəsinə verilib (FOTO)
AZAL Ankara və Antalya şəhərlərinə xüsusi reyslər həyata keçirməyə başlayır
İsrail mediasında dağ yəhudilərinin Azərbaycandakı ilk muzeyindən bəhs edilib
Prezident İlham Əliyev: Balaxanı kəndinin yeni dövrü başlayır
Mövsüm dəyişikliyi ilə bağlı xəstəliklərdən necə qorunaq?
İranda bir gündə 184 nəfər koronavirusdan ölüb
Naxçıvana yeni ambulanslar verilib
Milli Məclisin deputatı Sevil Mikayılova seçiciləri ilə növbəti onlayn qəbul keçirib (FOTO)
Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb
Naqif Həmzəyev: Azərbaycan müstəqil mövqeyi olan dövlət olduğunun bir daha nümayiş etdirdi
Sahibə Qafarova: Paşinyanın açıqlamaları münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin bütün səylərini puç edir
“SOCAR Enerqoresurs” və Tümen vilayəti arasında saziş imzalanıb
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
BMT Tribunasından səslənən Azərbaycanda siyasi dialoq faktı
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib (VİDEO)
Liviyada hərbi helikopter qəzaya uğrayıb
Azərbaycanda "İnnovasiyalar həftəsi" keçiriləcək
Sahibə Qafarova: Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
"Tesla" yeni elektromobil akkumulyatorları təqdim edib
Azərbaycanda qızıl və gümüş ucuzlaşır
Hindistanda koronavirusdan ölənlərin sayı 90 mini keçib
Beynəlxalq təşkilatın Azərbaycanda həyata keçirdiyi yoxlamanın nəticələri açıqlandı (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar (FOTO) (YENİLƏNİB-2)
Müdafiə Nazirliyi deputatın fikirlərinə cavab verdi
Valideyn himayəsindən məhrum olma uşağın övladlığa verilməsi hüququnu yaratmır - Departament rəhbəri
İsmail Serageldin: BMT Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün bütün imkanlardan istifadə etməlidir
Gələn ildən övladlığa uşaq götürənlərə müavinətlər verilə bilər - RƏSMİ
Bakıda zibillikdən 600 kiloqramdan artıq qəpik toplanıb
Bütün xəbərlər