...

Deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatdı

Siyasət Materials 16 Yanvar 2020 18:00 (UTC +04:00)
Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatıb.
Deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatdı

Bakı. Trend:

Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatıb.

Trend-in məlumatına görə, bu gün 18:00-da Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesinə son verilib.

17 yanvar - 8 fevral tarixlərində isə qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyası aparılacaq.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti