...

Böyük Britaniya səfiri: Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin bərpasında xüsusi rol oynamışlar (VİDEO)

Siyasət Materials 20 Yanvar 2020 11:37 (UTC +04:00)
20 Yanvar faciəsində həyatını itirənlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq
Böyük Britaniya səfiri: Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin bərpasında xüsusi rol oynamışlar (VİDEO)

Bakı. Trend:

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Trend-in məlumatına görə, səfir bu barədə rəsmi Twitter hesabında yazıb.

Paylaşımda deyilir:

“Artıq 30 ildir ki, Azərbaycan xalqı 20 Yanvar - Qanlı Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır. Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin bərpasında xüsusi rol oynamışlar. Böyük Britaniya höküməti və öz adımdan Azərbaycan xalqına və şəhid olanların ailələrinə dərin hüznlə başsağlığımı çatdırıram. Bu faciədə həyatını itirənlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti