...

Seçki bülletenlərində bu şəxslərin adının üstünə xətt çəkiləcək (FOTO)

Siyasət Materials 27 Yanvar 2020 10:57 (UTC +04:00)
Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində namizədliyini geri götürən şəxslərin seçki bülletenlərində adının üstündən xətt çəkiləcək.
Seçki bülletenlərində bu şəxslərin adının üstünə xətt çəkiləcək (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində namizədliyini geri götürən şəxslərin seçki bülletenlərində adının üstündən xətt çəkiləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, imkan olduğu halda namizədin adı bülletendən çıxarılacaq.

M.Pənahov bildirib ki, əgər namizədin adı seçki bülletenindən çıxarılmasa, yerlərdə Seçki Məcəlləsinin tələbinə görə, namizədin adının üstündən xətt çəkiləcək: “Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları heç seçki bülleteninə düşməsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti