...

Ən çox və ən az deputatlığa namizədlərin qeydə alındığı seçki dairələri məlum olub

Siyasət Materials 1 Fevral 2020 11:55 (UTC +04:00)
Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş parlament seçkilərində ən çox və ən az deputatlığa namizədlərin qeydə alındığı seçki dairələri məlum olub.
Ən çox və ən az deputatlığa namizədlərin qeydə alındığı seçki dairələri məlum olub

Bakı. Trend:

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş parlament seçkilərində ən çox və ən az deputatlığa namizədlərin qeydə alındığı seçki dairələri məlum olub.

Trend secki-2020.az saytın-a istinadən xəbər verir ki, ən çox deputatlığa namizəd 15 saylı Yasamal Birinci Seçki Dairəsində qeydə alınıb.

Bu seçki dairəsində 23 deputatlığa namizəd var. Ən az deputatlığa namizədlər isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Gəngərli-Naxçıvan və 4 saylı Naxçıvan Şəhər seçki dairələrində qeydə alınıb. Bu seçki dairələrinin hər birində 3 deputatlığa namizəd var.

Xatırladaq ki, hazırda 1325 nəfər deputatlığa namizəd var. Yanvarın 31-də deputatlığa namizədliyin geri götürülməsi halı qeydə alınmayıb. Yanvarın 31-dək olan dövrdə isə deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən 312 nəfər deputatlığa namizədliyini geri götürmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti