...

Fəzail Ağamalı seçicilərlə görüşlərini davam etdirir (FOTO/VİDEO)

Siyasət Materials 4 Fevral 2020 12:11 (UTC +04:00)
Deputatlığa namizəd Fəzail Ağamalının Salyan rayonunun Varlı 1, Varlı 2 və Peyk kəndlərində növbəti görüşü keçirilib.
Fəzail Ağamalı seçicilərlə görüşlərini davam etdirir (FOTO/VİDEO)

Bakı. Trend:

Deputatlığa namizəd Fəzail Ağamalının Salyan rayonunun Varlı 1, Varlı 2 və Peyk kəndlərində növbəti görüşü keçirilib.

Trend-in məlumatına görə, çoxsaylı secicilərin fəallığı ilə müşayiət olunan görüşdə Fəzail Ağamalının vəkilləri Zaman Əmirov və Emin Bayramov namizədin bioqrafiyası və keçdiyi həyat yolunun vacib məqamları üzərində dayandılar.

Fəzail Ağamalı dövlətçiliyimizin keçdiyi yolun çətinliklərindən, 90-cı illərin əvvəllərində düşdüyümüz fəlakətli vəziyyətdən və dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışdı.

Deputatlığa namizəd həmin çətin anlarda bütün xalqımızla bərabər Ümummilli Liderimizin yanında olmağından şərəf duyduğunu dedi. Və dövlətimizin güçünü, beynəlxalq nüfuzunu konkret faktlarla önə çəkdi, ölkə Prezidenti cənab İlham Əliyevin dövlətçiliyimiz və xalqımız qarşısındakı müstəsna xidmətləri üzərində dayandı.

Görüşdə seçicilər Fəzail Ağamalının son dörd ildə deputatlıq fəaliyyətini yüksək qiymətləndirib, qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini yüksək əhval-ruhiyyə ilə ifadə etdilər. Dövlətçiliyimiz və xalqımıza xidmət yolunda ona uğurlar arzuladılar.

Secicilərlə görüşdən sonra Fəzail Ağamalı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəhid Salahov İntiqamın atası Salahov İsrafil və şəhid Maarif Zeynalabdinovun anası Sürəyya xanımı ziyarət etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti