...

ATƏT PA-nın müşahidəçisi: Hələlik heç bir məntəqədə pozuntu halı qeydə alınmayıb

Siyasət Materials 9 Fevral 2020 11:17 (UTC +04:00)
Gün ərzində 10-12 seçki məntəqəsində müşahidə aparacağıq, indiyədək üç məntəqədə olmuşuq
ATƏT PA-nın müşahidəçisi: Hələlik heç bir məntəqədə pozuntu halı qeydə alınmayıb

Bakı. Trend:

Gün ərzində 10-12 seçki məntəqəsində müşahidə aparacağıq, indiyədək üç məntəqədə olmuşuq. Hələlik heç bir məntəqədə pozuntu halı qeydə alınmayıb.

Trend-in məlumatına əsasən, bu fikirləri jurnalistlərə açıqlamasında ATƏT Parlament Assambleyasının lüksemburqlu müşahidəçisi Qraas Qustav Marsel deyib.

Müşahidəçi vurğulayıb ki, seçki məntəqələrində səsvermə prosesi qanunvericiliyə uyğun şəkildə aparılır.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti