...

Deputatlar “Xocalıya ədalət” mövzusunda keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcəklər

Siyasət Materials 20 Fevral 2020 09:24 (UTC +04:00)
Milli Məclisin deputatı Rauf Əliyev “Xocalıya ədalət” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün fevralın 20-dən 22-dək İsrailin Təl-Əviv şəhərində səfərdə olacaq.
Deputatlar “Xocalıya ədalət” mövzusunda keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcəklər

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin deputatı Rauf Əliyev “Xocalıya ədalət” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün fevralın 20-dən 22-dək İsrailin Təl-Əviv şəhərində səfərdə olacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə İsrail-Azərbaycan (AZİZ) Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunub.

Yığıncağa İsrail Knessetinin deputatları, xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri qatılacaqlar. Toplantıda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, bu faciənin tarixi barədə məlumat veriləcək, bununla bağlı sənədlər təqdim olunacaq.

Milli Məclisin deputatı Naqif Həmzəyev isə Türkiyədə keçiriləcək “Xocalıya Ədalət həftəsi”ndə iştirak etmək üçün fevralın 20-də İstanbul şəhərinə səfər edəcək.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən İstanbulun bir sıra bələdiyyə və universitetlərində konfranslar təşkil olunacaq.

Toplantılarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlər geniş ictimaiyyətin diqqətinə çatdırılacaq, Xocalı faciəsi qurbanlarının xatirəsi yad ediləcək.

Səfər fevralın 27-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti