...

MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı

Siyasət Materials 24 Fevral 2020 19:36 (UTC +04:00)
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Şaiq Piriyevin müraciətinə baxılıb.
MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Şaiq Piriyevin müraciətinə baxılıb.

Trend-in xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib”. İclasda daha sonra həmin dairənin 1 seçki ( 36 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Xəbər lenti

Xəbər lenti