...

Milli Məclis Azərbaycanda icbari tibbi sığortanın tətbiqi müddətinin uzadılmasını təsdiq etdi

Siyasət Materials 30 Mart 2020 11:34 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclis bu gün keçirilən plenar iclasında Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddətinin uzadılmasını müzakirə edib.

Trend-in məlumatına görə, bununla bağlı “Tibbi sığorta” haqqında qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, icbari tibbi sığorta 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Qüvvədə olan qanuna əsasən isə icbari tibbi sığorta 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti