...

“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası AZİZ-in təsis olunmasının 13 illiyi tamam olur

Siyasət Materials 11 Aprel 2020 13:20 (UTC +04:00)

Bakı. Trend:

“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası AZİZ, Assosiasiyanın 12 aprel 2007-ci tarixində Tel-Aviv şəhərində keçirilmiş I qurultayında təsis olunub.

AZİZ-in təsis edilməsində və fəaliyyət göstərməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva böyük rol oynayıb.

AZİZ-in təsis edilməsində əsas məqsəd aşağıdaklar olub:

- Azərbaycandan İsrailə köçüb gedən azərbaycanlıların İsrail cəmiyyətinə və eləcə də dünyaya inteqrasiya olunmasına köməklik göstərmək,

- Bu insanların elmi-texniki, yaradıcı və mədəni potensiallarından istifadə edərək İsrail dövlətinin möhkəmlənməsinə və tarixi vətənləri olan Azərbaycanla hərtərəfli əlaqələrin möhkəmləndirməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi,

- Adət-ənənələrin və mənəvi irsin gənc nəslə ötürülməsi,

- Azərbaycan dövləti ilə İsrail dövləti və xalqları arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə köməklik göstərmək.

Ötən 13 il ərzində qeyd olunan məqsədlərə çatmaq üçün Assosiasiya tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

2012-ci ilin iyunun 7-də Assosiasiyasının II qurultayı, 2019-cu ilin noyabırın 29-da isə III qurultayı keçirilib. Bu qurultaylarda AZİZ-in həyata keçirdiyi tədbirlər müzakirə edilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.

AZİZ tərəfindən hər il müntəzəm olaraq İsraildə aşağıdakı tədbirlər həyata keçirilir:

  • Xocalı faciəsinin ildönümü
  • 20 Yanvar faciəsinin ildönümü
  • 28 May Respublika Günü
  • Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər
  • Novruz Bayramı münasibəti ilə keçirilən tədbir
  • Azərbaycan mədəniyyət, incəsənət ustalarının iştirakı ilə konsertlər
  • İsraillə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyinə həsr olunmuş tədbir və sair.

“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası AZİZ yarandığı gündən keçən 13 il ərzində qarşıya qoyulan bütün vəzifələri uğurla həyata keçirib və Azərbaycan- İsrail xalqları, dövlətləri arasında bütün sahələrdə əlaqələrin möhkəmlənməsində və inkişaf etdirilməsində çox mühüm tədbirlər həyata keçirib. Bu münasibətlə AZİZ-in rəhbərliyini təbrik edir və gələcək işlərində uğurlar arzu edirəm.

Rauf Əliyev

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti