...

Musa Quliyev: Prezident İlham Əliyev ən çətin vaxtlarda xalqın rifahının qorunmasına öz dəstəyini göstərib və göstərməkdədir

Siyasət Materials 19 Aprel 2020 11:26 (UTC +04:00)
Prezident İlham Əliyev ən çətin vaxtlarda xalqın rifahının qorunmasına öz dəstəyini göstərib və göstərməkdədir
Musa Quliyev: Prezident İlham Əliyev ən çətin vaxtlarda xalqın rifahının qorunmasına öz dəstəyini göstərib və göstərməkdədir

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyev ən çətin vaxtlarda xalqın rifahının qorunmasına öz dəstəyini göstərib və göstərməkdədir.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, koronaviriusla mübarizə çərçivəsində Azərbaycanda çoxşaxəli tədbirlər həyata keçirilir:

“Məlum olduğu kimi, sosial müdafiə tədbirləri əsasən 3 istiqamətdə həyata keçirilir: sosial təminat, sosial yardım və sosial dəstək. Azərbaycan hökuməti hər 3 istiqamətdə sosial müdafiə tədbirlərini operativ, bütün ehtiyatlar səfərbər edilməklə, eləcə də karantin rejimində aztəminatlı insanların xidmətlərə əlçatanlılığı nəzərə alınmaqla həyata kecirir.

Sosial təminat, yəni 2.3 milyon insanı əhatə edən pensiya, müavinət, təqaüdlərin verilməsində nəinki ləngimə olmadı, əksinə, təyinatlar və ödənişlər vaxtından əvvəl həyata keçirildi. Pensiya və digər ödənişlərin əlavə xidmət haqqı ödənilmədən alınması imkanları yaradıldı.

Sosial yardım, yəni 65 yaşdan yuxarı, tənha insanların evdən çıxmaması üçün onlara göstərilən bütün sosial və məişət xidmətlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz üzərinə götürdü və bu xidmətlər gündəlik olaraq sosial işçilər və könüllülər tərəfindən ləyaqətlə həyata keçirilir”.

M.Quliyev vurğulayıb ki, 360 min nəfərə ünvanlı dövlət sosial yardımı verilir və sosial təcrid rejimi ilə əlaqədar yardım verilməsi sadələşdirilir, yardım almaq müddəti isə heç bir diaqnostika aparılmadan avtomatik olaraq uzadılıb:

“Karantin günlərində ünvanlı sosial yardım alan ailələrin sayı daha 10 min artaraq 82 minə çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Heydər Əliyev Fondu və digər sosial tərəfdaşları ilə birlikdə 45 min ailəyə ərzaq yardımı göstərilməsi proqramını həyata keçirir. Sevindirici haldır ki, bu xoşməramlı təşəbbüsə ölkənin geniş içtimaiyyəti - iş adamları, deputatlar, qeyri-hökumət təşkilatları, müxtəlif icra hakimiyyəti qurumlarının təmsilçiləri də həvəslə qoşulublar.

Sosial dəstəyə gəldikdə isə, Prezident İlham Əliyevin sərəncamı ilə koronavirus pandemiyasının fəsadlarının azaldılması məqsədi ilə hökumətə büdcədən ayrılmış vəsaitin xeyli hissəsi iş yeri dayandırılmış vətəndaşlarımızın iş yerlərinin qorunub saxlanılmasına, ixtisar hallarına yol verilməməsinə, əməkhaqlarının karantin şəraitində də verilməsinə yönəldilib.

Bu tədbirlər sayəsində 300 min iş yeri saxlanılır, dövlət büdcəsindən maaş alan 910 min, özəl sektorda çalışan 680 min işçinin orta aylıq əmək haqqı saxlanılır".

Deputat əlavə edib ki, Prezident İlham Əliyev əhalinin daha geniş təbəqəsinin sosial müdafiəsini təmin etmək məqsədi ilə 17 aprel tarixdə daha bir humanist addım ataraq işsizliyə görə yaşayış minimumu həddində sosial müavinət alanların sayının daha 400 min nəfər artırılaraq 600 min nəfərə çatdırılması barədə tapşırşq verdi. Bu məqsədlə büdcədən daha 152 milyon manan ayrılacaq.

M.Quliyevin sözlərinə görə, görülən bütün bu tədbirlər bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amili, onun rifahı və sağlamlığı dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti