...

Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışını biz veteranlar yekdilliklə dəstəkləyirik - Müharibə, əmək və silahlı qüvvələr veteranları ölkə başçısına yazıb

Siyasət Materials 20 Aprel 2020 14:32 (UTC +04:00)
Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışını biz veteranlar yekdilliklə dəstəkləyirik - Müharibə, əmək və silahlı qüvvələr veteranları ölkə başçısına yazıb

Bakı. Trend:

Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışını biz veteranlar yekdilliklə dəstəkləyirik.

Trend Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Bakı şəhərinin Nərimanov rayonunun ərazisində yaşayan müharibə, əmək və silahlı qüvvələr veteranları adından Fatma Səttarovanın Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.

Fatma Səttarovanın məktubunda qeyd edilir:

"Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşayan müharibə, əmək və silahlı qüvvələr veteranları Sizin həyata keçirdiyiniz uğurlu siyasəti dəstəkləyir və ölkəmizdə yaradılan əmin-amanlığa, nail olduğumuz sabitliyə görə Sizə dərin minnətdarlıqlarını bildirirlər.

Bu gün aktuallığı ilə dünyada diqqət mərkəzində olan koronavirus pandemiyasına qarşı ölkəmizdə Sizin tapşırığınızla aparılan işlər, virusun yayılmaması üçün görülən qabaqlayıcı tədbirlər bütün xalqımız, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Siz və Mehriban xanım hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünürsünüz. Sizin bu mövzuda xalqımıza etdiyiniz müraciətlər bizdə yüksək əhval-ruhiyyə yaradır, hamımıza böyük mənəvi stimul verir. Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışını biz veteranlar yekdilliklə dəstəkləyirik.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, rayon ərazisində yaşayan yaşlı nəslin nümayəndələrinə, müharibə, əmək və silahlı qüvvələr veteranlarına, imkansız ailələrə Sizin göstərişləriniz və diqqətiniz sayəsində ərzaq yardımları verilmişdir. Biz veteranlara göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, müstəqil Azərbaycanımızın daha da inkişafı naminə gələcək işlərinizdə yeni nailiyyətlər arzulayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti