...

Xüsusi təyinatlı bölmələrin taktiki-xüsusi təlimi keçirilib (VİDEO)

Siyasət Materials 7 May 2020 12:06 (UTC +04:00)
Xüsusi təyinatlı bölmələrin taktiki-xüsusi təlimi keçirilib (VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı bölmələrin taktiki-xüsusi təlimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlim zamanı xüsusi təyinatlı qruplar şərti düşmən müdafiəsinin dərinliyində pusqu quraraq həmlə üçün əlverişli məqamda onun komanda məntəqəsi və hərbi təyinatlı obyektinin ələ keçirilməsi fəaliyyətini məşq ediblər. Əsas diqqət gizli hərəkətin təşkili və şərti düşmənin diversiya-kəşfiyyat qruplarının məhv edilməsinə yönəldilib.

Sonra xüsusi təyinatlılar əlbəyaxa döyüş elementlərinin tətbiqi ilə nümunəvi çıxışlar nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti