...

Son günlərin müşahidələri vətəndaşların karantin rejiminin tələblərinə tam əməl etmədiyini göstərir - Ramin Məmmədov

Siyasət Materials 7 May 2020 16:26 (UTC +04:00)
Təəssüf ki, son günlərin müşahidələri karantin rejiminin tələblərinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə vətəndaşlarımızın tam əməl etmədiyini göstərir.
Son günlərin müşahidələri vətəndaşların karantin rejiminin tələblərinə tam əməl etmədiyini göstərir - Ramin Məmmədov

Bakı. Elçin Mehdiyev - Trend:

Təəssüf ki, son günlərin müşahidələri vətəndaşlarımızın karantin rejiminin tələblərinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə tam əməl etmədiyini göstərir. Bu, çox böyük narahatlıq yaradan məqamdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Onun sözlərinə görə, indiki çətin şəraitdə etinasızlıq və məsuliyyətsizlik bütün ölkə üçün ciddi problemlər yarada bilər.

Millət vəkili qeyd edib ki, ötən müddətdə dövlət əhalinin sağlamlığının qorunması üçün kifayət qədər böyük resurslar sərf edib, səhiyyədə, iqtisadiyyatda, sosial sferada ciddi tədbirlər həyata keçirib: “Məhz bu tədbirlərin nəticəsində biz müsbət dinamikanı müşahidə etdik. Lakin karantin rejiminin yumşaldılmasından sonra tamamilə fərqli bir tendensiyanın şahidi oluruq. Hesab edirəm ki, son günlərin statistikası, xüsusən yoluxanların sayının sağalanların sayını üstələməsi hər birimiz üçün həyəcan siqnalı olmalıdır”.

R.Məmmədov bir daha hamını məsuliyyətli olmağa, əldə olunmuş uğurları qorumaq üçün diqqətli davranmağa çağırıb: “Azərbaycan Prezidentinin apardığı düzgün, düşünülmüş siyasət, dəqiq hesablanmış tədbirlər nəticəsində biz koronavirusla mübarizə sahəsində bir çox ölkələrin nail ola bilmədiyi uğurlar qazandıq. Lakin bu uğurları qorumaq, daha da inkişaf etdirmək üçün intizamlı, məsuliyyətli, diqqətli olmalıyıq. Bu, ölkəmizi, xalqımızı, hər bir vətəndaşımızı qorumaq üçün olduqca vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti