...

Sevinc Fətəliyeva: Azərbaycanın dünya birliyində mövqeyi daha da möhkəmlənib, əlaqələri xeyli genişlənib

Siyasət Materials 15 May 2020 19:19 (UTC +04:00)
Sevinc Fətəliyeva: Azərbaycanın dünya birliyində mövqeyi daha da möhkəmlənib, əlaqələri xeyli genişlənib

Bakı. Trend:

Son illər Azərbaycanın dünya birliyində mövqeləri daha da möhkəmlənib, əlaqələri xeyli genişlənib. Azərbaycan Prezidentinin ölkəmizin bu günü və sabahı, gələcək perspektivləri, həyata keçirilən qlobal enerji və kommunikasiya layihələri, demokratik inkişaf və digər məsələlərlə bağlı fikirləri bir çox ictimai-siyasi xadimləri tərəfindən rəğbətlə qarşılanıb, müstəqil dövlətimiz haqqında daha dolğun, hərtərəfli və obyektiv rəy formalaşdırıb.

Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır:

"Bunun bariz nümunəsi və təsdiqi ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti cənab İlham Əliyevə məktubunda yer alan fikirləridir. Məktubda qırmızı xətlə Azərbaycanın suverenliyi və müstəqilliyinin birmənalı olaraq dəstəkləməsi qeyd olunub. Eyni zamanda, ABŞ Azərbaycan arasında əməkdaşlığın davam etdirilməsində maraqlı olduğu ifadə edilib. Bu əməkdaşlıq özündə müxtəlif sahələri əhatə edir. Qeyd edilməlidir ki, bugünədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya qoyulub. Azərbaycanda enerji, kənd təsərrüfatı və sair sahələrdə 200-dən çox ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ daimi olaraq ölkəmiz tərəfindən həyata keçirilən infrastruktur lahiyələrinin reallaşmasını dəstəkləyir. Terrorizmə qarşı mübarizədə Azərbaycanın fəal iştirakı iki ölkə arasında əməkdaşlığı daha da yaxınlaşdırıb. Eyni zamanda, Azərbaycan üçün stateji xarekter daşıyan, Xəzər regionunun Avropa və dünya enerji bazarlarına daha yaxından inteqrasiyasına xidmət edən "Cənub Qaz Dəhlizi"nin reallaşmasında ABŞ-ın əvəzssiz dəstəyini də vurğulamalıyıq.

Bu gün dünyanın diqqət mərkəzinə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqelərinin ABŞ-ın mövqeləri ilə üst-üstə düşməsi də Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsindən xəbər verir. ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən milli dövlətçilik kursunun dönməzliyi ilə əlaqədardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti