...

Qarabağ qazisi Prezidentə yazır: Belə bir çətin dövrdə Sizin pandemiya ilə qətiyyətlə mübarizə apardığınızın şahidiyik

Siyasət Materials 16 May 2020 17:31 (UTC +04:00)
Qarabağ qazisi Prezidentə yazır: Belə bir çətin dövrdə Sizin pandemiya ilə qətiyyətlə mübarizə apardığınızın şahidiyik

Bakı. Trend:

Cənab Prezident, belə bir çətin dövrdə Sizin pandemiya ilə qətiyyətlə mübarizə apardığınızın şahidiyik.

Trend-in məlumatına görə, bunları Prezident İlham Əliyevə ünvanladığı məktubda Neftçala rayonunun Ərəbqardaşbəyli kəndindən Qarabağ müharibəsi veteranı Naib Məmmədov deyib.

O, məktubunda yazır: “Möhtərəm cənab Prezident, Siz bizim güvən yerimiz və dayağımızsınız. Sizə təşəkkür etməklə az da olsa, borcumdan çıxmağa çalışdım.

Əziz Prezidentimiz, hazırda dünyada baş verən hadisələr hamıya bəllidir. Belə bir çətin dövrdə Sizin pandemiya ilə qətiyyətlə mübarizə apardığınızın şahidiyik. Eyni zamanda, ədalətsiz, rüşvətxor məmurlara qarşı apardığınız mübarizə də göz qabağındadır. Bir Qarabağ qazisi olaraq hər zaman Sizin yanınızdayam, möhtərəm cənab Prezident!

Koronavirus kimi qlobal məsələlər fonunda əhalinin sosial rifahı üçün atdığınız addımlar Sizin nə qədər güclü və qayğıkeş Prezident olduğunuzun göstəricisidir. Qonşu Bala Surra kəndinin qazlaşdırılması istiqamətində görülən işlərə görə bütün kənd sakinləri adından Sizə təşəkkür edir, gələcək işlərinizdə uğurlar arzulayıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti