Prezident İlham Əliyev: Bugünkü könüllülər sabahın rəhbərləridir

Prezident İlham Əliyev: Bugünkü könüllülər sabahın rəhbərləridir

Bakı. Trend:

Bugünkü könüllülər sabahın rəhbərləridir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışından sonra ASAN könüllüləri ilə görüş zamanı çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Mən çox şadam ki, “ASAN xidmət” mərkəzlərində işləyənlərin mütləq əksəriyyəti, demək olar ki, hamısı gənclərdir, o cümlədən könüllülər bütün mərkəzlərdə fəaliyyət göstərirlər. Mənə verilən məlumata görə, Ağcabədi “ASAN xidmət” mərkəzində 200-dən çox işçi və 45 könüllü fəaliyyət göstərəcək. Əslində, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır. O vaxta qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. “ASAN xidmət”dən sonra digər sahələrdə də könüllülər fəaliyyətə başladılar. O cümlədən ölkəmizdə keçirilmiş böyük beynəlxalq idman yarışlarında – Avropa və İslam Həmrəyliyi oyunlarında könüllülər böyük xidmət göstərmişlər. Könüllülərsiz biz bu böyük yarışları keçirə bilməzdik. Bu gün mənim göstərişimlə digər sahələrdə də könüllülər fəaliyyət göstərir. Mən göstəriş vermişəm ki, dövlət təşkilatlarında, nazirliklərdə, dövlət şirkətlərində könüllülər işə cəlb edilsin, onlar təcrübə keçsinlər. Çünki bugünkü könüllülər sabahın rəhbərləridir. Təsadüfi deyil ki, mənim Sərəncamımla bu il “Könüllülər ili” elan edilmişdir. Bu, bir daha bizim könüllülərin fəaliyyətinə göstərdiyimiz diqqəti və münasibəti əks etdirir.

Beləliklə, gənclər “ASAN Həyat”, “ASAN xidmət” mərkəzlərində fəaliyyətləri ilə Vətənə çox böyük xidmət göstərmiş olurlar. Əlbəttə ki, burada peşəkarlıq da yüksək səviyyədədir. Ümumiyyətlə, qeyd etdiyim kimi, ictimai münasibətlərin tamamilə yeni forması Azərbaycanda tətbiq olunur. Çünki əvvəlki dövrdə ictimai xidmətlər sahəsində korrupsiyadan, rüşvətxorluqdan başqa, deyə bilərəm ki, kobudluq, laqeydlik də adi bir hala çevrilmişdir. Amma “ASAN xidmət” mərkəzlərində buraya gələn hər bir vətəndaşa hörmət göstərilir, onların problemləri operativ qaydada, şəffaf şəkildə həll olunur. Ona görə biz haqlı olaraq fəxr edə bilərik ki, “ASAN xidmət” Azərbaycanın milli brendidir. Təsadüfi deyil ki, BMT “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib, xüsusi mükafat təqdim edib. Əlbəttə ki, bu xidmətin beynəlxalq müstəvidə tanıdılması ölkəmiz haqqında düzgün təsəvvürün yaranmasında da rol oynayır.

Biz əməkdaşlığa açığıq. Qeyd etdiyim kimi, biz artıq bir neçə ölkə ilə bu mərkəzlərin o ölkələrdə yaradılması ilə əlaqədar işlər görmüşük və müvafiq addımlar da atılıb. Növbəti mərhələdə həm bu il, həm gələn il bölgələrdə, Bakı şəhərində yeni mərkəzlərin açılışı nəzərdə tutulur. Hazırda Bakıda beş mərkəz fəaliyyət göstərir. Ancaq bildiyimə görə, bəzi mərkəzlərdə sıxlıq müşahidə olunur. Çünki birincisi, xidmətlərin sayı artdı. “ASAN xidmət” fəaliyyətə başlayanda xidmətlərin sayı, səhv etmirəmsə, 100-ə qədər idi, indi isə 320-dir. Əhali də artır və müraciətlərin sayı da artır. Ona görə Bakı şəhərində əlavə iki mərkəzin yaradılması ilə bağlı qərar qəbul edildi. Eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərinin hər birində ikinci mərkəzin açılışı nəzərdə tutulur və digər şəhərlərdə.

Nəzərə alsaq ki, “ASAN xidmət”in 10 səyyar avtobusu fəaliyyət göstərir, hesab edirəm ki, biz, növbəti 2-3 il ərzində ölkəmizin bütün bölgələrini əhatə edəcəyik və insanlara çox gözəl xidmət göstərəcəyik. Mən hər bir yeni mərkəzin açılışında bir yenilik də görürəm. Çünki “ASAN xidmət” öz fəaliyyətini genişləndirir, ABAD kimi brend artıq fəaliyyətdədir və ailə təsərrüfatlarının inkişafı ilə əlaqədar dövlət dəstəyi xüsusi rol oynayır. Ölkəmizin müxtəlif yerlərində fəaliyyət göstərən ailə təsərrüfatları öz məhsullarını artıq bazara çıxarırlar, eyni zamanda, ixrac etməyə başlayırlar. Bu da ümumi iqtisadi inkişafımıza böyük töhfədir.

Bildiyiniz kimi, hazırda biz özünüməşğulluq proqramı ilə ciddi məşğuluq. Bu il ən azı 10 min insan bu proqrama cəlb ediləcək. O cümlədən ABAD xətti ilə yaradılan kiçik istehsalat sahələri də özünüməşğulluq proqramına böyük dəstəkdir. Bilirəm ki, mənim çağırışımla özəl şirkətlər də ABAD-la müqavilələr bağlayıb, onlara vəsait ayırıb ki, bu sahədə işlər daha geniş vüsət alsın.

Bu mərkəz Ağcabədi rayonu üçün yeni bir xidmət, istirahət, eyni zamanda, əyləncə mərkəzi olacaqdır. Burada iki kinoteatr fəaliyyət göstərir. Bildiyimə görə, Ağcabədi şəhərində kinoteatr yoxdur. Burada gənclərin asudə vaxtlarını keçirmələri üçün imkanlar var, ABAD ticarət mərkəzi fəaliyyət göstərir. Ona görə bu mərkəz insanları cəlb edəcək. Ağcabədi gəncləri burada işlə təmin olunurlar. Qeyd etdiyim kimi, 200-dən çox iş yeri yaradılır ki, bu iş yerlərində gənclər çalışacaqlar.

Bu mərkəzin Ağcabədi rayonunda yaradılması təsadüfi deyil. Ağcabədi əhali baxımından ölkəmizin ən böyük rayonlarından biridir. Ağcabədi Qarabağ torpağında yerləşir və son illərdə rayonun inkişafı üçün bir çox işlər görülübdür. Bu, mənim Ağcabədiyə Prezident kimi 7-ci səfərimdir və bu illər ərzində çox böyük işlər görülübdür. Ağcabədidə infrastruktur tamamilə təzələnib. Elektrik enerjisi ilə bağlı əvvəlki illərdə problemlər var idi. İndi bu problemlər aradan qaldırılır. Bu gün Ağcabədidə açılacaq yeni yarımstansiya rayonu dayanıqlı enerji ilə təchiz edəcək. Ağcabədidə qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur. Cəmi bir neçə il bundan əvvəl burada insanlar ümumiyyətlə qazın nə olduğunu unutmuşdular. Şəhərin, kəndlərin qaz təchizatı yox idi. İndi qaz təchizatı 90 faizdən çoxdur. Yeni yolların çəkilişi. Mənim növbəti sərəncamlarımda yeni yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayrılması nəzərdə tutulub. Mənə verilən məlumata görə, Ağcabədi rayonunun şəhər və kənd yollarının 60 faizi yenidən qurulur. Qalan 40 faiz üçün də bizim proqramlarımız var. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında onlar təsbit edilib. Biz bütün yolları abadlaşdıracağıq".

FK "Barselona" keçmiş baş məşqçi Setyenə təzminat ödəməyəcək
FK "Barselona" keçmiş baş məşqçi Setyenə təzminat ödəməyəcək
Yeniyetmələrdən ibarət seçmə komandaya yeni məşqçi təyinatları olub
Yeniyetmələrdən ibarət seçmə komandaya yeni məşqçi təyinatları olub
Zidan koronavirusa yoluxub
Zidan koronavirusa yoluxub
Loading Bars
Xəbər lenti
Fransada 1 milyon nəfər koronavirusa qarşı peyvənd olunub
Qvineya sahillərində dəniz quldurları Türkiyəyə məxsus gəmini ələ keçiriblər, bir nəfər öldürülüb
Lənkəranda 14 yaşlı oğlan itkin düşüb, FHN axtarışlara başlayıb
Prezident İlham Əliyevin iqtisadi strategiyasının növbəti uğuru: "Dostluq" anlaşması - Həftənin Hadisəsi
Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 600 mindən çox artıb
Nizami küçəsinin daimi "sakinləri": Karantin rejimi bir onlara təsir etməyib (VİDEO)
Nigeriyada qaz daşıyan avtomobil partlayıb, 30 nəfər ölüb
Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
İspaniyada zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb
İran Fars körfəzində təhlükəsizlik və neft mövzularında ABŞ ilə əməkdaşlıq edə bilər - Zərif
Amerikalı telejurnalist Larri Kinq vəfat edib
Qətərdə koronavirusa yoluxanların sayı 150 min nəfərə çatır
Əlahiddə Ümumqoşun Orduda bir qrup hərbi qulluqçuya vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib (FOTO/VİDEO)
Şuşaya qalib kimi gəlmişik - Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada (ÖZƏL)
Şahbuz rayonunda zəlzələ olub
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub (FOTO)
Məişətdə yanğın baş verməməsi üçün nə edilməlidir? - FHN
Kəlbəcər rayonunun Qamışlı kəndi (FOTO/VİDEO)
Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə Qubadlı və Xocavənddə hərbiçilərimizə zəruri ərzaq məhsulları göndərilib (VİDEO)
Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyaya 5 298 vətəndaş müraciət edib
“Vikipediya”nın alman dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiqləndi
Qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verilir
Qaradağ rayonunda böyük iməcilik keçirildi (FOTO)
Dövlət Neft Şirkətinin idarə edilməsi təkmilləşdirilir: Müşahidə Şurası yaradıldı - FƏRMAN
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Qarabağ Dirçəliş Fondu”na 100 min manat vəsait köçürüb
Tərtərdə karantin rejimini pozan çayxana aşkarlanıb
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi
Evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
ABŞ sakini lotereyada 1 milyard dollar udub
2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub
İranda 6 mindən çox şəxs koronavirusa yoluxub
Bakı aeroportunda qızıl qaçaqmalçısı tutuldu (FOTO) (VİDEO)
Vəzifəli şəxsin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlandı
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu (FOTO)
Azərbaycanda yeni qanun layihəsi hazırlanır
Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi (FOTO)
Paytaxtda təmizliklə bağlı iməclik keçirilib (FOTO)
Erməni vandalizminin son həddi: Talan olan Zəngilan - Trend TV-nin REPORTAJI
Türkiyədə Rusiya vaksini istehsal ediləcək
"Dostluq" yatağının birgə işlənməsi kommersiya və texniki baxımdan cəlbedici olacaq - "Wood Mackenzie"
Gürcüstan XİN rəhbərinin müavini 20 Yanvar şəhidlərinin xatirəsini Azərbaycan Səfirliyində yad edib
Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur - Nazir
Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatır
Fikrim ictimaiyyətə fərqli formada təqdim edilib - Emin Əmrullayev
22 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
"Standard & Poor's" agentliyi Azərbaycanın kredit reytinqi üzrə proqnozu yüksəldib
Şagirdlərin milli qiymətləndirilməsinin aparılması nəzərdə tutulur
"Torqovı"nun bağlı qalan obyektləri açılış gününü gözləyir (FOTO)
Azərbaycan nefti ucuzlaşır
Rusiyada koronavirusa 30 minə yaxın yeni yoluxma olub, 559 nəfər ölüb
Pandemiyada ölüm hallarının qarşısının alınması ilə bağlı layihənin ilk koordinasiya görüşü keçirilib
DİN sosial şəbəkə istifadəçilərinə dələduzlarla bağlı müraciət edib
Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev
Müharibə zamanı dağıdılan məktəblərlə bağlı qərarlar üzərində işlənilir - Nazir
“Yüksəliş” müsabiqəsi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib (FOTO)
Bazar günü hava yağmursuz keçəcək, 8 dərəcə isti olacaq
Rus hərbçisi Ermənistanda qəzaya düşüb öldü
Cəlilabadda qadın əri tərəfindən öldürüldü
Qarabağın iqlim və relyefi müxtəlif turizm məhsullarının inkişafına imkan yaradır - Turizm Bürosu
Müharibənin təsirindən psixoloji travma alan şəxs ən kiçik hadisədən aqressivləşib özünə zərər yetirə bilər - Psixoloq TÖVSİYƏLƏRİ
KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb (FOTO)
Ötən il Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb
Qonşusunu evində boğaraq qətlə yetirən 18 yaşlı gənc tutulub
Hindistanda bir gündə rekord sayda şəxs peyvənd olunub
Qanunsuz ov edən şəxs cəzalandırılıb
Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək
Məktəblər açılır, metronun fəaliyyəti bərpa oluna bilərmi? - AÇIQLAMA
AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib
Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər aşkarlanıb
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib (FOTO)
Döyüş zamanı yoldaşının canı sənə əmanət olur – Vətən müharibəsinin iştirakçısı (FOTO)
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid ailələri ilə görüşüb, məzarlarını ziyarət edib (FOTO)
Türkiyə Braziliyadan uçuşları dayandırır
Belçika koronavirus əleyhinə tədbirləri sərtləşdirilir
Vaşinqtonda yüzlərlə milli qvardiyaçı koronavirusa yoluxdu
Pentaqonun yeni rəhbəri NATO-nun ABŞ üçün əhəmiyyətini vurğuladı
Meksika və ABŞ prezidentləri əməkdaşlığın inkişafını müzakirə ediblər
Kolumbiyanın şərqində neft boru kəməri partladılıb
Vaşinqtonda “20 Yanvar” şəhidlərinin əziz xatirəsi anılıb (FOTO)
İsveçrə məhkəməsi İsrailli iş adamını həbs etdi
ABŞ-da iqtisadi böhran dərinləşir - Bayden
Koronavirus dondurulmuş qida paketlərinin üstundə qala bilər - ÜST
ABŞ KXDR-ə qarşı yeni strategiya hazırlayacaq
ÜST: Dünyada ötən sutka koronavirusa 624 mindən çox yoluxma qeydə alınıb
Finnair sərnişinlərdən koronavirus testinin nəticələrini tələb edəcək
FK "Barselona" keçmiş baş məşqçi Setyenə təzminat ödəməyəcək
ABŞ-da iqtisadiyyatı stimullaşdırmaq üçün təcili tədbirlər görülməlidir
Azad Rəhimovun komaya düşməsilə bağlı xəbərlər həqiqəti əks etdirmir
Türkiyədə son sutkada koronavirusdan 6 018 nəfər sağalıb
Ombudsmanın 2 saylı istintaq təcridxanasına başçəkmə həyata keçirib
Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanıldı
Məzarlarda qızıl dişlər axtaran ermənilər bütün qəbirləri dağıdıblar - Trend TV Zəngilanda (FOTO)
Abşeronda ikimərtəbəli evdə yanğın olub
Baş Prokurorluq Masallıda əməliyyat keçirdi, baş həkim saxlanıldı
Azərbaycana elektrik və hibrid avtomobillərin gətirilməsi necə stimullaşdırıla bilər?
Bütün xəbərlər