...

Azərbaycan vətəndaşlarına xarici ölkələrə səfərlərdən çəkinmək tövsiyə edilir - Hikmət Hacıyev

Siyasət Materials 10 İyul 2020 17:35 (UTC +04:00)
Azərbaycan vətəndaşlarına xarici ölkələrə səfərlərdən çəkinmək tövsiyə edilir - Hikmət Hacıyev

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan vətəndaşlarına xarici ölkələrə səfərlərdən çəkinməyi tövsiyə edirik. Əgər xüsusi tibbi və digər ehtiyaclar yoxdursa, xarici ölkələrə səfər etmək tövsiyə olunmur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, koronavirusla bağlı epidemioloji vəziyyət hər an dəyişə və ölkələrin qoyduğu sərt karantin qaydaları vətəndaşlarımızı çətin vəziyyətdə qoya bilər:

“Belə halda vətəndaşlarımızın ölkəyə geri qayıtmasında çətinliklər yarana bilər. Ona görə də yaxşı olar ki, tibbi və ya digər xüsusi zərurət olmadığı halda vətəndaşlarımız xarici ölkələrə səfərlərdən çəkinsinlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti