...

Avropa Xəbər Agentliyi Hikmət Hacıyevin Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti barədə açıqlamasını dərc edib

Siyasət Materials 15 Sentyabr 2020 14:28 (UTC +04:00)
Avropa Xəbər Agentliyi Hikmət Hacıyevin Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti barədə açıqlamasını dərc edib

Bakı. Trend:

Avropa Xəbər Agentliyinin İtaliya üzrə xüsusi müxbiri, “Eurasiaticanews” portalının rəhbəri Karlo Marino sözügedən agentlikdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni məskunlaşma siyasəti ilə bağlı açıqlamasını dərc edib (https://www.european-news-agency.de/politik/statement_by_hikmat_hajiyev_azeri_foreign_affairs_-79186/).

Trend-in məlumatına görə, yazıda Azərbaycanın işğal olunmuş ərazilərinə son günlər Livandan olan ermənilərin köçürülməsindən bəhs edilib. Qeyd olunur ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir.

Bildirilir ki, Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir.

Xüsusilə vurğulanır ki, işğal olunmuş ərazilərimizdə məskunlaşdırılmış əhali faktiki olaraq Ermənistanın məsuliyyətsiz, avantürist siyasətinin qurbanına çevrilir. Hamı bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir hüquqi qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tamamilə rədd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti