...

Seyid Abbas Musəvi: İranlı iş adamlarının Dağlıq Qarabağla heç bir iqtisadi əlaqəsi yoxdur

Siyasət Materials 15 Sentyabr 2020 17:58 (UTC +04:00)
Seyid Abbas Musəvi: İranlı iş adamlarının Dağlıq Qarabağla heç bir iqtisadi əlaqəsi yoxdur

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

Heç bir iran yük maşınının işağl olunmuş Azərbaycan ərazilərinə - Dağlıq Qarabağa getməsinə haqqı yoxdur.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi mətbuat konfransında deyib. Onun sözlərinə görə, işğal və işğalçılıq iranın qırmızı xəttidir: "İranın əraziləri bir müddət işğalda olub. Ona görə də ölkə və xalq olaraq işğalı qəbul edə bilmərik".

Səfir əlavə edib ki, sosial şəbəkələrdə yayılan kadrlar reallığı əks etdirmir: "İranlı iş adamlarının Ermənistanla iqtisadi münasibətləri ola bilər. Lakin Dağlıq Qarabağla heç bir iqtisadi əlaqəyə sahib ola bilməzlər. Bizim üçün Azərbaycanın suverenliyi və ərazi bütövlüyü önəmlidir. Azərbaycanın dinc və sülh yolu ilə öz torpaqlarını işğaldan azad etməsi istiqamətdə İran öz dəstəyini göstərməyə hazırdır. Bu elə bir şəkildə həll olunmalıdır ki, Azərbaycan öz haqqını əldə edə bilsin. Çünki regionun münaqişəyə daha dözümü yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti