...

Könül Nurullayeva Nizami rayon sakinləri ilə görüş keçirib (FOTO)

Siyasət Materials 17 Sentyabr 2020 16:50 (UTC +04:00)
Könül Nurullayeva Nizami rayon sakinləri ilə görüş keçirib (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri ilə görüşləri davam etdirir.

Trend-in məlumatına görə, uzun müddətdir ki, ölkədə karantin rejimi səbəbindən insanlarla canlı təmas qurmaq imkanı olmadığından görüşlər onlayn formada keçirilirdi. Lakin sakinlərin canlı ünsiyyətə ehtiyacını nəzərə alaraq, karantin qaydaları çərçivəsində ənənəvi görüşlərin təşkilinə başlanıb.

Belə ki, Nizami rayonu Q.Qarayev 54, 58, 69, 77, 79, 83, Rüstəmov 43, 47, 62, 66, 68, 70, 76, E.Süleymanov 133, 135, Şərifli 102, 104a, 104b, Nəsimi 16-20 ünvanlarında sakinlərlə görüş təşkil olunub. Bu görüşlər nəticəsində insanların problemləri ilə yaxından tanış olmaq imkanı yaranıb. Görüş zamanı aydın olub ki, adıçəkilən ünvanlarda əsasən məhəllələrin abadlaşdırılması, işıqlandırılması, su sayğaclarının quraşdırılması, məşğulluq məsələləri, blokların təmiri, liftlərin yenilənməsi və ya təmiri, quru ağacların budanması və s. həllini gözləyən məsələlər sırasındadır. Sakinlərin qaldırdığı bütün məsələlərin qısa zamanda həll olunması məqsədilə artıq aidiyyatı qurumlara müraciətlər də təqdim olunub.

Görüş zamanı millət vəkili Könül Nurullayeva bildirib ki, sakinlərlə görüş, xüsusilə də canlı ünsiyyət olduqca vacibdir: “Sizin fikirləriniz və ümumiyyətlə, ictimai fikir bizim üçün çox əhəmiyyətlidir. Sizin hər zaman yanınızda olmağı və sizə dəstək olmağı özümə borc bilirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti