...

Könül Nurullayeva: Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas prioritetdir

Siyasət Materials 28 Sentyabr 2020 13:04 (UTC +04:00)
Könül Nurullayeva: Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas prioritetdir

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Rəsmi Bakı hər zaman qətiyyətlə bəyan edib ki, “status-kvo” vəziyyəti və imitasiya xarakterli danışıqlar sonsuza qədər davam edə bilməz.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, bu gün münaqişə bölgəsində yaranmış gərginliyin əsas səbəbkarı Ermənistanın istər danışıqlar masasında, istərsə də sərhəddə və təmas xəttində törətdiyi intensiv təxribatlardır:

“Ermənistanın müxtəlif vasitələrlə danışıqlar prosesini pozması münaqişənin hərbi yolla həllini aktuallaşdırdı. Bu gün Azərbaycan ordusu düşmənin təxribatlarına cavab olaraq, uğurlu əks-hücum əməliyyatlarını davam etdirir. Hədəfimiz bəllidir - Azərbaycan torpaqları işğaldan azad olunmalı, tarixi ədalət bərpa edilməlidir. Ali Baş Komandanın bəyan etdiyi kimi - Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.

Biz öz torpağımızda özümüzü sona qədər müdafiə edəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti