...

Prezident İlham Əliyev: İnternetə, sənədlərə baxın, siz kimin doğru, kimin yalan danışdığını görəcəksiniz

Siyasət Materials 9 Oktyabr 2020 22:29 (UTC +04:00)
Prezident İlham Əliyev: İnternetə, sənədlərə baxın, siz kimin doğru, kimin yalan danışdığını görəcəksiniz

Bakı. Trend:

Mən təəssüf edirəm ki, belə mühüm vəzifə tutan şəxs (Ermənistan prezidenti –red.) yalanlar yayır. İnternetə baxın, XIX əsrin əvvəlində Azərbaycanın Qarabağ xanı ilə rus generalı arasında imzalanmış Kürəkçay sülh müqaviləsinə baxın. Orada erməni əhalisi haqqında heç bir şey deyilmir.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bunu “CNN International” televiziyasına müsahibəsində Ermənistan prezidentinin bu telekanala söylədiyi yalanlar, feyk məlumatlar barədə danışarkən deyib.

Dövlətimizin başçısı sözünə davam edərək vurğulayıb: “Ermənilər bizim torpağımıza Rus-İran müharibələrindən sonra Rusiya imperiyası tərəfindən regionun dini tərkibini dəyişdirmək məqsədilə köçürülüb. Bu, tarixi faktdır. Ermənistan prezidentinin dedikləri isə tamamilə feykdir.

İnternetə baxın, sənədlərə baxın. Siz kimin doğru danışdığını və kimin yalan danışdığını görəcəksiniz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti