...

Şuşa azad olunarkən çox sevindim - Fransa parlamentinin fəxri üzvü (MÜSAHİBƏ)

Siyasət Materials 13 Noyabr 2020 15:17 (UTC +04:00)
Şuşa azad olunarkən çox sevindim - Fransa parlamentinin fəxri üzvü (MÜSAHİBƏ)

Bakı. Samid Nəsirov -Trend:

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa parlamentinin fəxri üzvü Jan-Fransua Manselin Trend-ə müsahibəsi:

- Cənab Mansel, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olmasına baxmayaraq, son günlər, Fransa Dağlıq-Qarabağ məsələsində bitərəf çıxış etməyib. Son bəyanatlarında, Fransa administrasiyası "Fransa ermənilərin yanındadır" kimi mövqe bildirib. Bilmək istərdik, Siz bu məsələyə hansı prizmadan yanaşırsınız ?

- Fransa rəsmiləri bir tərəfdən ölkədəki böyük erməni icmasının çox güclü təzyiqinə məruz qalır, digər tərəfdən Türkiyə Prezidenti ilə münasibətlər kəskinləşir. Belə vəziyyətdə Fransa rəsmilərinin bir hissəsi Azərbaycan və Ermənistan arasında olan münaqişə haqqındakı fikirlərində təhrifə yol verirlər və onlar unudur ki, Azərbaycan, sadəcə 26 il ərzində beynəlxalq hüquqa və BMT qətnamələrinə məhəl qoyulmadan işğal altında saxlanılan torpaqlarını azad edir. Çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, Fransa bu məsələyə ədalətli bir reaksiya vermir. Amma bütün bunlara baxmayaraq, Fransa və Azərbaycan arasında güclü əlaqələr var və dostluğumuz davam edir.

- Avropa və Xarici İşlər Nazirliyinin (Fransa XİN) 7 noyabr 2020-ci il tarixində dərc olunan bəyanatında hələ tarixçəsi Qarabağ xanlığı dövrünə aid olan Şuşa şəhərinin adı "Şuşi" olaraq qeyd olunur. Bu bəyanatı necə şərh edərdiniz ?

- Ümid edirəm ki, bu bəyanatda bir Azərbaycan şəhəri üçün bu erməni adın istifadə edilməsi düşünülmüş şəkildə edilməyib. Mən hətta özüm belə, Şuşa şəhəri azad olunarkən çox sevindim, çünki Şuşa Azərbaycanın mədəniyyət ocağıdır. Hər dəfə 8 May tarixində mən xatırladırdım ki, biz zəfərimizi (Avropa Günü – Fransız və Alman xalqının barış günü) qeyd edirik, lakin 8 May eləcə də, ermənilər tərəfindən 1992-ci ildə Şuşa şəhərinin ələ keçirilməsini xarakterizə edən üzücü bir tarixdir. Şuşa bundan sonra azaddır və mənim azərbaycanlı dostlarım öz dədə-baba yurdlarına qovuşurlar.

- 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan tərəfindən Dağlıq-Qarabağ münaqişə zonasında tam atəşkəsin elan edilməsi barəsində bəyanat imzalanıb. Bu aktın imzalanmasından sonra ATƏT-in Minsk qrupunun rolunu necə dəyərləndirirsiniz və Sizin fikrinizcə, Fransa bundan sonra bu qrupun nəzdində nə kimi rol oynayacaq ?

- İlk öncə ən zəruri olan budur ki, azad olunan ərazilər beynəlxalq birlik tərəfindən Azərbaycanın əraziləri kimi müdafiə olunsun və bu torpaqlardan didərgin düşmüş azərbaycanlılar tez bir zamanda burada məskunlaşsınlar. Daha sonra isə, əgər ədalətli və davamlı sülh yaratmaq istəyiriksə, hər iki xalqın barışdırılmasına başlanılmalıdır.

Fransa Rusiya və ABŞ ilə birgə Minsk qrupuna həmsədrlik edir. Aydın məsələdir ki, son zamanlar bu qrup heç də uğurlu fəaliyyətinə görə yadda qalmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti